2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ailəsi Polad Aslanovun müayinəsini istəyir

Həbsdə olan xeberman.com saytının təsisçisi Polad Aslanovun yaxınları onun həkim müayinəsinə ehtiyacı olduğunu deyirlər.

Onun həyat yoldaşı Gülmirə Aslanova bildirir ki, əri ürək-damar xəstəsi olmasına baxmayaraq, həbsxanada müalicə almır.

Saytların yığılması Saytlarin yigilmasi

“İki ilə yaxındır (12.06.2019) Polad həbs olunub. Bu günə qədər bir dəfə də olsun onun ürəyini müayinə etməyiblər. Mayın 27-də 1 saylı Cəzaçəkmə Müəssisəsində ona baş çəkdim. Görüşdə olarkən mənə bildirdi ki, ürəyində ağrı var və nəfəs darlığı olur”, – Aslanova qeyd edir.

O deyir ki, müraciət etmələrinə baxmayaraq, ərini müayinə etmirlər. G.Aslanova aidiyyəti qurumlardan xahiş və tələb edir ki, həyat yoldaşını müayinə etsinlər, nəticəsi barəsində ona məlumat versinlər.

Bu açıqlamaya, hələlik, Penitensiar Xidmət və başqa aidiyyəti qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

xeberman.com, press-az.com informasiya saytlarının təsisçisi və redaktoru Polad Aslanov 2019-cu ildə dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb. Sonra 2020-ci ildə məhkəmə araşdırmasının nəticəsində 16 il həbs cəzasına məhkum edilib. Amma o, ittihamı qurama sayır və həbsini yazıları ilə bağlayır.

24 saat” “Ailəsi Polad Aslanovun müayinəsini istəyir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button