2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ailəsi Taleh Bağırzadə ilə əlaqə saxlaya bilmədiyini deyir

Yayımlandı: 7 Dekabr 2022 20:43

Hərəkat sədrinin xəstəxanaya köçürülməsi haqda məlumat yayılıb

Müsəlman Birliyi Hərəkatının sədri, 12 gündür aclıq etdiyi bildirilən ilahiyyatçı Taleh Bağırzadənin ailəsi ondan xəbər tuta bilmir. Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Leyla İsmayılzadə məlumat verərək bildirib ki, sonuncu dəfə onunla noyabrın 27-də telefonla danışıblar.
“Ondan sonra heç bir məlumatımız yoxdur. Çünki telefonla əlaqə saxlamır. Çox nigaran qalmışıq. Əlbəttə, 12 günlük aclıq orqanizmə ciddi şəkildə ziyan vurur. Məndə olan məlumata görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları baş çəkib. Vəkil Fəxrəddin Mehdiyev dekabrın 3-də görüşüb. Artıq orqanizmdə müəyyən problemlər yaranmışdı”, – Leyla İsmayılzadə bildirib.
O əlavə edib ki, həyat yoldaşı noyabrın 26-da Qobustan həbsxanasından 12 saylı cəzaçəkmə müəssisəsinə köçürüldüyü gün rəis müavini Babək İsgəndərovun təhqirlərinə etiraz olaraq aclıq aksiyasına başlayıb.
Dekabrın 7-də sosial şəbəkələrdə Taleh Bağırzadənin aclıq nəticəsində vəziyyətinin pisləşməsi və onun xəstəxanaya köçürülməsi haqda məlumatlar yayılıb.
Lakin Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi bu məlumatı təkzib edib.
Taleh Bağırzadə haqqında hökmdə ona verilmiş 20 illik həbs cəzasının ilk 7 ilinin həbsxana rejimində çəkilməsi nəzərdə tutulmuşdu. Azərbaycanda həbsxana rejimli müəssisə yalnız Qobustanda yerləşən qapalı həbsxanadır. Noyabrın 26-da ilahiyyatçıya verilmiş 7 illik həbsxana rejiminin müddəti başa çatdığını görə oradan çıxarılıb.
“Cəzaçəkmə müəssisəsinə daxil olduğu andan da təzyiqlər başlayıb. Müəssisənin rəis müavini onu təhqir edib. O da təbii ki, etiraz edib…”, – Leyla İsmayılzadə bildirib.
Həyat yoldaşının sözlərinə görə, ilahiyyatçı noyabrın 26-dan təzyiqlərə etiraz olaraq, aclıq aksiyasına başlayıb.
Noyabrın 26-da Nardaranda keçirilən, dördü yerli sakin, ikisi isə polis olmaqla, 6 nəfərin ölümüylə nəticələnən əməliyyatın 7 ili tamam oldu. 2015-ci ildə baş vermiş həmin əməliyyat nəticəsində Taleh Bağırzadə də daxil olmaqla, 100-ə yaxın adam həbs olunmuşdu. Onlardan 42 nəfərə dövlət çevrilişinə cəhd, terrorçuluq və s. ağır maddələrlə ittihamlar verilmiş və 13 ildən 20 ilə qədər azadlıqdan məhrum edilmişdilər. Digərlərinə isə 5-6 ilə qədər həbs cəzası verilmişdi. Həbs olunanların əksəriyyəti ya cəza müddəti başa çatdığına, ya da əfv sərəncamıyla azadlığa buraxılıb.
Sonradan zaman-zaman da Müsəlman Birliyi Hərəkatının bir sıra üzvləri narkotik və s. ittihamlarla həbs olunub. Hazırda hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın bir sıra fəalları həbsdədir. Təkcə son on gündə hərkatın 4 üzvü həbs olunub.
Lakin Taleh Bağırzadə və digər inanclı fəallar ittihamların saxta olduğunu, hökumətin siyasətini tənqid etdiklərinə görə şərlənərək cəzalandırıldıqlarını bəyan edib.
Daxili İşlər Nazirliyi isə şərlənmə barədə iddiaları təkzib edib.

Saytların yığılması Saytlarin yigilmasi

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button