2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Akademik Böyükkişi Ağayev vəfat etdi

Azərbaycanın görkəmli alimi, cərrah, akademik Böyükkişi Ağayev vəfat edib.

Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, tibb xadimi, pedaqoq, Azərbaycan Tibb Universitetinin 2-ci cərrahi xəstəliklər kafedrasının müdiri, M. Topçubaşov adına Elmi Cərrahiyə İnstitutunun direktoru Böyükkişi Ağa oğlu Ağayev aprelin 4-də 90 yaşında dünyasını dəyişib.

24saat.org saytı bildirir ki, son gününə qədər kafedra müdiri və Cərrahiyyə İnstitututunun direktoru vəzifələrində çalışan 90 yaşılı Böyükkişi Ağayev Azərbaycan Respublikası Prezident Adninistrasiyasının rəhbəri Ramiz Mehdiyevin yaxın qohumudur.

Böyükkişi Ağayev 1928-ci ildə Sabirabad rayonunda anadan olub.

Saytların yığılması Saytlarin yigilmasi

O, “Süni qış yuxusu-hibernasiyanın əməliyyat və travmatik şokun profilaktikasında və müalicəsində tətbiqi” mövzusunda namizədlik, “Xərçəng şişinin inkişaf mərhələsindən asılı olaraq böyrəküstü vəzin funksional vəziyyəti və cərrahi müalicəsində nəzərə alınmasının əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 1967-ci ildə professor elmi adına layiq görülüb. 1980-ci ildə tibb üzrə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə AMEA-nın həqiqi üzvü seçilib.

Alim Tibb İnstitutunun tələbələri üçün cərrahlıq fənnindən dərsliklərin yazılmasında da müstəsna xidmətlər göstərib. Ana dilindəki dərsliklərin çatışmazlığını nəzərə alaraq o, 1980-ci ildə Azərbaycan dilində “Klinik cərrahiyyədən mühazirələr” dərsliyinin birinci hissəsini, 1982-ci ildə ikinci hissəsini yazıb çap etdirib. 1989-cu ildə isə “Cərrahi xəstəliklər” dərsliyinin 1-2-ci hissələrini nəşrə hazırlayıb.

B.Ağayev 400-dən çox elmi və publisistik əsərin, o cümlədən 9 ixtira və 25-dən çox səmərələşdirici təkliflərin müəllifi idi. Onun elmi əsərlərinin 200-ə yaxını xaricdə çap olunmuşdu.

Görkəmli alimin rəhbərliyi ilə tibb üzrə 62 fəlsəfə doktoru, 11 elmlər doktoru müdafiə edib.

Alimlə vida mərasimi bu gün saat 13:00-dan 15:00-a qədər AMEA-nın Əsas binasında keçiriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button