2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Akif Çovdarov da məhkəmədən ədalət istəyir

“Akif Çovdarovun durumu gündən-günə pisləşir”- vəkil

Ləğv olunmuş MTN-in Energetika və nəqliyyat sahələrində təhlükəsizlik Baş İdarəsinin rəisi, həbsdə olan general-mayor Akif Çovdarov məhkəmədə hüquqlarının pozulmasından şikayətlənir. O, bu barədə özünün və tabeliyində çalışmış daha üç nəfərin – Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun işi üzrə oktyabrın 19-da keçirilən məhkəmənin hazırlıq iclasında danışıb.

Çovdarov və daha üç nəfərin işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevdən ibarət heyət baxır. Prosesə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baxılır.

Saytların yığılması Saytlarin yigilmasi

«26 CİLD QALIB»

MTN-çilərin işi üzrə əvvəlki iclaslarda olduğu kimi, bu gün də media nümayəndələri buraxılmayıb. Hazırlıq iclasında baş verənlər barədə jurnalistlərə Akif Çovdarovun vəkili Kamandar Nəsibov danışıb.

«Oktyabrın 4-də keçirilən ötən iclasda biz məhkəmədən materiallarla tanışlıq üçün 20 iş günü vaxt istəmişdik. Amma bizə 10 iş günü vaxt verildi. Ona görə bu gün yenidən bu haqda vəsatət qaldırdıq. Çünki 56-cildlik iş materialları ilə tanış olmağa kifayət qədər vaxtımız olmamışdı. Hələ ki, biz cəmi 30 cildlə tanış olmuşuq, 26 cild qalıb. Amma məhkəmə bu dəfə də bizə kifayət qədər vaxt vermədi. Çalışacağıq ki, oktyabrın 31-nə qədər qalan materiallarla da tanış olaq, hazırlıq iclasında müzakirə olunası vəsatətlərimizi hazırlayıb təqdim edək», – Kamandar Nəsibov bildirib.

Vəkil qeyd edib ki, oktyabrın 17-də məhkəməyə Akif Çovdarovun səhhəti ilə əlaqədar məktubla müraciət olunub: «Akif Çovdarovun əziyyət çəkdiyi ürək xəstəliyi ilə əlaqədar məhkəmədən xahiş olundu ki, kardioloq dəvət olunsun, xüsusi avadanlıqlar vasitəsilə müayinə olunsun. Bu məsələ ilə əlaqədar Penitensiar Xidmətə də müraciət etdik. Lakin bu günə qədər cavab almamışıq. Akif Çovdarov özü də dedi ki, səhhətində problemlər var. Biz özümüz də görürük ki, onun durumu gündən-günə pisləşir».

«HÜQUQLARIM POZULUR»

Hazırlıq iclasında Akif Çovdarov özü də məhkəmədə hüquqlarının pozulmasından şikayətlənib. «İttiham aktında yazılıb ki, mən bəzi vətəndaşlara qarşı qanunsuzluqlar etmişəm, onların hüquqlarını pozmuşam. Ancaq elə bu məhkəmədə mənim hüquqlarım pozulur. İşə ədalətli baxılmasını istəyirəm», – Akif Çovdarov belə deyib.

Çovdarov və digərlərinin işi üzrə məhkəmənin hazırlıq iclası oktyabrın 31-də davam edəcək.

A.Çovdarov ötən il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. 19 nəfər artıq həbsdədir. Onlardan yuxarıda adları çəkilən dörd nəfərin işi məhkəməyə göndərilib.

A.Çovdarov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma) və daha bir neçə ağır maddələri ilə ittiham irəli sürülüb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-yə yaxın yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha 2 ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. (azadliq.org)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button