2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Akif Çovdarov paqon yoldaşlarının da yaxınlarına zor tətbiq edib

Sabiq generala qarşı MTN daxilində müxalifət formalaşıbmış

Sabiq MTN generalı Akif Çovdarovla bağlı 24saat.org-a maraqlı informasiya daxil olub. Bilgili qaynaqdan daxil olan məlumata görə, sabiq general sadəcə “kənar şəxsləri” deyil, öz paqon yoldaşlarının, bəzi MTN əməkdaşlarının da yaxınlarına qarşı zor tətbiq edib.

Mənbənin sözlərinə görə, A.Çovdarov MTN əməkdaşlarının yaxınlarına daha çox borc probleminə görə təzyiq göstərib. Belə ki, banka və ya yaxın münasibətdə olduğu şəxslərə pul borcu olan şəxsləri MTN-ə dəvət edən A.Çovdarov, onlardan həmin pulun dərhal qaytarılmasını tələb edib, bunun üçün konkret müddət müəyyənləşdirib. Bəzi şəxslərə isə elə kabinetindəcə fiziki güc sərgiləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Etibarlı mənbənin sözlərinə görə, MTN-də çalışmaqlarına rəğmən qohumlarının burada təzyiq və alçaldıcı hərəkətlərə məruz qalması sözügedən qurumun əməkdaşları arasında ciddi narazılıq doğurub ki, bu da A.Çovdarova qarşı MTN daxilində gizli müxalifətin formalaşmasına təkan verib.

Generalın bu hərəkətini MTN əməkdaşları özlərinə qarşı təhqir və aşkar hörmətsizlik kimi dəyərləndirib. Hətta onların arasında A.Çovdarovun özbaşınalığına etiraz edən, öz narazılıqlarını şəxsən sabiq generalın üzünə söyləyənlər də olub. Lakin özü ölkə miqyasında qorxu və təhlükə mənbəyi olan A.Çovdarov bu narazılıqlara, xəbərdarlıqlara əhəmiyyət verməyib. Sabiq general həbs olunduğu günə qədər öz prinsip və dəsti-xəttinə sadiqlik sərgiləyib ki, bu da tabeçiliyindəki şəxslərin ona olan mənfi münasibətini, daxili narazılığını daha da artırıb.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button