2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Akif Çovdarov və Cahangir Hacıyevlə bağlı həbs qətimkan tədbiri dəyişdirilə bilər

“Azərbaycan reallığında bu cür halların baş verməsi mümkündür”

Son vaxtlar sabiq MTN generalı Akif Çovdarov və Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin həbsdən azad olunmasına hazırlıq işinin getməsi ilə bağlı fikirlər səslənməkdədir. Mediada yer alan ehtimallara görə, A.Çovarovun tibb məntəqəsinə köçürülməsi, C.Hacıyevin isə son məhkəmə proseslərində hakim tərəfindən müdafiə edilməsi bunu göstərir.
Maraqlıdır, A.Çovdarov və C.Hacıyevin həbsdən azad edilməsi mümkündürmü? Bu çox qəribəlik və mümkünsüzlüklərin mümkün olduğu Azərbaycan reallığında bu qeyri-adiliyə də şahid olmaq ehtimalı varmı?
Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən tanınmış hüquqşünas Müzəffər Baxışov Azərbaycan reallığında bu kimi halların baş verməsinin tamamilə mümkün olduğunu qeyd etdi:
“Tam məsuliyyətlə deyirəm ki, ölkədə hüquq-mühafizə orqanları sifarişlə işlədiyinə görə, səlahiyyətli şəxsin göstərişi ilə onların barəsində seçilən həbs qətimkan tədbiri hər an dəyişilə bilər. Müxtəlif bəhanələrlə, səhhətlərindəki problemlə və s. amillərlə əlaqələndirilib bu insanlar haqqında seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi baş verə bilər. Azərbaycan reallığında bu mümkündür. Dəfələrlə sübut olunub ki, müəyyən dövr keçəndən sonra, ictimai maraq bu məsələlərə azalandan sonra bu cür şəxslər barəsində həbs qətimkan tədbiri dəyişirilir. Onlar haqqında açılan cinayət işinə ya xitam verilir, ya da həmin işlər məhkəməyə göndərilərək onlara şərti cəza təyin edilərək cəzadan azad edilir. Mən konkret deyə bilmərəm ki, C.Hacıyev və ya A.Çovdarovla münasibətdə də belə olacaq. Amma Azərbaycan hüquq dövləti olmadığına görə, bizdə belə halların baş verməsi hər an mümkündür”.

Seymur Əliyev
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button