2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Akif Çovdarova general rütbəsi veriləndə bütün MTN gülürdü”

Əyyub Kərimov: “Onun bu rütbə və vəzifəyə layiq olmadığı hələ o zaman çoxlarına məlum idi”

Tanınmış hüquqşünas Əyyub Kərimov 24saat.org-a açıqlamasında ləğv edilən MTN-nin sabiq generalı Akif Çovdarovla bağlı maraqlı fikirlər səsləndirib. A.Çovdarovun tutduğu vəzifə və daşıdığı rütbəyə layiq olmadığının hələ o dönəmdə çoxlarına bəlli olduğunu vurğulayan Ə.Kərimov, sonrakı proseslərin bunu təsdiqlədiyini vurğuladı:

“A.Çovdarov hələ MTN-də işlədiyi dönəmdə onun bu vəzifə və rütbəyə layiq olmadığı çoxlarına, eləcə də MTN əməkdaşlarının əksəriyyətinə məlum idi. A.Çovdarov general rütbəsi alanda bütün MTN gülürdü. A.Çovdarovun bu rütbəyə layiq görülməsi MTN-çilərin özündə də gülüş doğurmuşdu. Proseslərin sonrakı inkişafı təsdiq etdi ki, A.Çovdarov həqiqətən də bu etimada layiq deyil.
Bu gün onunla bağlı aparılan istintaq və istintaq nəticəsində ortaya çıxan faktlar da bunu təsdiq edir”.

Saytların yığılması Saytlarin yigilmasi

Seymur Əliyev

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button