2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Akif Çovdarovun həbs qoyulan əmlakına Masazırdakı istixana daxil deyil

MTN generalının istixanasının hansı səbəblə “unudulduğu” bilinmir

Sabiq MTN generalı Akif Çovdarovun, eləcə də adı “MTN işi”ndə keçən Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus 33 milyonluq əmlaka rəsmi şəkildə əl qoyulduğu və bu əmlakın MTN generalının qanunsuz əməllərindən ziyan görən zərərçəkənlər üçün nəzərdə tutulduğu rəsmi məlumatlardan bəllidir.
Bu günlərdə 24saat.org-a A.Çovdarovun Masazırdakı istixanası ilə bağlı maraqlı informasiya daxil olub. Mötəbər mənbədən daxil olan məlumata görə, MTN generalının üzərinə həbs qoyulan mülkləri sırasına onun Masazırdakı məşhur istixanası daxil deyil. Belə ki, dəyəri milyonlarla manat olan istixana hansısa səbəbdən “yaddan çıxıb”. Hansı ki, bu istixananın üzərinə həbs qoyulması xeyli sayda vətəndaşa dəyən ziyanın ödənilməsi baxımından mühüm rol oynaya bilər.

Mənbənin sözlərinə görə, məlum istixananın dövlət tərəfindən nəzarətə götürülsə də, üzərinə həbs qoyulmamasının sirri hələlik bəlli deyil. Bununla belə, yaxın gələcəkdə Masazırdakı istixana üzərinə də zərərçəkənlərin xeyrinə həbs qoyulmasının mümkünlüyü tamamilə istisna edilmir. A.Çovdarovun əməllərindən zərər çəkənlərin sayının kifayət qədər çox olduğunu nəzərə alsaq, belə bir zərurətin ortaya çıxacağını əminliklə söyləmək olar.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button