2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Akif Çovdarovun “haqq-ədalət ricaları”na hüquq müdafiəçiləri -Reaksiya verdi

“Onun da hüququnun pozulmasının əleyhinəyəm”
“Çovdarovu müdafiə etmək niyyətində deyilik”

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov aclıq aksiyası keçirir. Vəkili Kamandar Nəsibov bildirib ki, buna səbəb A.Çovdarovun səhhətində yaranan problemlərin müalicəsinə yaradılan süni problemlərdir. A.Çovdarov aclıq aksiyasına başlaması ilə bağlı məktubunu vəkillərinə təqdim edib. O, məktubunda qeyd edib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən “müalicə” yolu ilə öldürüləcəyindən tam əmindir. Odur ki, bunlara etiraz olaraq, həyatının təhlükədə olduğunu düşünərək, aclıq aksiyasına başlayıb. “Aclığı 25 oktyabr, səhər saat 09:00-dan elan edirəm” – deyə məktubun sonunda qeyd edilir və həbsdəki generalın imzası ilə təsdiq olunur.

Akif Çovdarovun ictimai reputasiyası birmənalı mənfi işarəlidir. Onun adı “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətl işində, “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilin bıçaqlanmasında, ictimai fəallara, iş adamlarına, sıravi vətəndaşlara qarşı xüsusi amansızlığı ilə seçilən işlərdə qırmızı xətlə keçib.

Saytların yığılması Saytlarin yigilmasi

A.Çovdarovun aclıq edib haqq-ədalət tələb etməsi cəmiyyətdə birmənalı qarşılanmır. Bununla belə, A.Çovdarov da qanunla qorunan hüquqlara malikdir. Hüquq müdafiəçiləri A.Çovdarovun pozulmuş hüquqlarının bərpası yönündə atdığı addımları dəstəkləyirlərmi? Onu müdafiə edərlərmi?
662b50e7-a3ed-4372-a876-96826e56d20c_mw1024_n_smirvard

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyir ki, A.Çovdarovu ilkin olaraq ailə üzvləri, yaxınları, iş yoldaşları müdafiə etməlidir. İkinci mərhələdə isə onun hüquqlarını müdafiə komitəsi yaradıla bilər: “Gürcüstanda yerliləri onun müdafiəsinə qalxıb, sonra susdular. Onların da səsi kəsildi. Vəkilinin keçirdiyi mətbuat konfranslarında söylədikləri çox ciddi məsələlərdir. İlk növbədə Akif Çovdarovun aclıq aksiyasını dayandırmaq lazımdır. İnsanın canına qəsd etməsi yolverilməzdir. Bu, etirazın ən kəskin formasıdır. Uzunmüddətli aclıq etməsinin qarşısı ailə üzvləri tərəfindən alınmalıdır. Ona çağırış edib aclığı dayandırmasını deməlidirlər. Aclıq mesajdır. Mesajın ünvanlandığı qurumalrın rəhbərləri hərəkətə keçib araşdırma aparmalıdır və tələblərə diqqət etməlidirlər. Mən onun hüququnun pozulmasının əleyhinəyəm”.

M.Qəhrəmanlı A.Çovdarovun vaxtilə etdiklərinə görə cavab verəcəyini də bildirib: “O özü də vaxtilə insanların hüquqlarını pozub. O da Allahın mühakiməsi qarşısında dayanacaq, cəzasını alacaq. Onu bu gün dustaq edən də, mühakimə edən də, cəzalandırılmasını istəyənlər də özünün həmkarları, dostları, yaxınlarıdır”.

M.Qəhrəmanlı deyir ki, əgər Akif Çovdarovun hüquqlarını müdafiə komitəsi yaradılsa, həmin komitəyə qoşulmayacaq: “Komitənin toplantılarında iştirak edib sadəcə orada danışılanları dinləyə bilərəm. Hüquq müdafiəçisi heç bir ayrı-seçkiliyə yol verməməlidir”.

d24bd53f7e22

Hüquq müdafiəçisi Səadət Bənəniyarlı isə deyir ki, Akif Çovdarovu müdafiə etmələri üçün yaxınlarının müraciəti olmalıdır: “Onun yaxınlarının, vəkillərinin müraciətlərinə hələ ki rast gəlməmişəm. Onun xəstə olması haqda məlumatlıyam, həbs edilməmişdən öncə sağlamlığında problemləri olub. Hazırda isə sağlıq durumu nə yerdədir, bu haqda tam olaraq məlumat yoxdur. Qəzetlərdəki məlumatları da izləməmişəm. Vəkili gəlsin, sənədləri bizə təqdim etsin, bilək ki, orada nə baş verir, hüquqları nə vaxt, niyə pozulub”.

S.Bənəniyarlı deyir ki, Akif Çovdarovu müdafiə etmək niyyətində deyillər: “O, yüzlərlə insanın hüquqlarını pozub, haqqını tapdayıb, konkret cinayət əməllərinə görə tutulub. Akif Çovdarovu müdafiə etmək niyyətində deyilik. Bunu mətbuatdan illərlə oxumuşuq. Aqil Xəlil niyə bu gün Fransada yaşayır? Mətbuat, ”Yeni Müsavat” zamanında aylarla bu haqda yazıb. Bu gün belə bir adamın hüquqlarının müdafiəsi üçün aclığa başlamasını da qəbul etmirəm. Sadəcə, hansısa instansiyada hansısa bir problemi varsa, bunu araşdıra bilərik”. (musavat.com)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button