2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Akif Çovdarovun Masazırdakı istixanasının qiyməti bəlli oldu – 35 milyon

Məşhur istixananın MDB məkanında analoqu yoxdur

Hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun Masazırda yerləşən istixanasının qiyməti bəlli olub. Bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, istixana kompleksi 35 milyon manat məbləğində qiymətləndirilib.

15 hektardan çox ərazini əhatə edən istixana sisteminin Qərb texnologiyası əsasında dünya standartına uyğun şəkildə hazırlandığı bildirilir. Aqrotexniki qulluq sisteminin tam olaraq avtomatlaşdırıldığı istixananın yalnız çölü deyil, içərisi də kameralaşdırılıb. Bura təhlükəsizlik kameraları ilə yanaşı, şitillərin vəziyyətini müşahidə etməyə imkan verən xüsusi növ kameralar da daxildir.

Saytların yığılması Saytlarin yigilmasi

Mənbənin sözlərinə görə, istixana kompleksinin dəyərini artıran digər bir amil isə ərazidəki balqıçılıq təsərrüfatıdır. Hansı ki, bu təsərrüfat da Qərb standartları əsasında formalaşdırılıb və ciddi gəlir mənbəyidir.

Bilgili qaynağın sözlərinə görə, sözügedən istixana Rusiya da daxil olmaqla MDB məkanında analoqu olmayan unikal istixana kimi dəyərləndirilir və bir çox üstünlüklərinə görə, Şərqi və Mərkəzi Avropa dövlətlərindəki oxşarlarını da geridə qoyur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button