2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Akif Çovdarovun oğlu nəyə çalışır və onu kim danışdırır?

Son günlərin əsas müzakirə mövzularından biri ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin çoxsaylı cinayətlərdə təqsirləndirilərək həbs olunan generalı Akif Çovdarovun oğlu Ruslan Çovdarovun silsilə müsahibələridir.

“Yeni Müsavat” qəzetinə danışan Ruslan Çovdarov atası haqqında yaranmış mənfi imici dəyişməyə çalışır. Onun iddialarına görə, atasına qarşı irəli sürülən ittihamlar əsassızdır. Ruslan Çovdarov hətta Akif Çovdarovun əmlakları barədə yayılan məlumatları da yalanlayır.

Akif Çovdarov və ümumilikdə “MTN işi” barədə məlumatlar adətən ilk olaraq hakimiyyətin nəzarətində olan media orqanlarında dərc olunur. Azərbaycan reallığında iqtidara bağlı media orqanlarının özfəaliyyətlə məşğul olması və bu tip məsələlərdə sensasiya yaratmaqla oxucu toplamağa çalışması inandırıcı deyil. Ona görə ehtimal olunur ki, bu məlumatlar hökumətin içindən ötürülür və fakta söykənir.

Saytların yığılması Saytlarin yigilmasi

Məqsəd hər nədirsə, məlumatlardan yalan iyi gəlmir, eyni zamanda iqtidar düşərgəsində çoxluğun MTN-dəki məlum çeteyə münasibətin birmənalı olduğu görünür. Bu halda Akif Çovdarovun oğlu mətbuata atasının günahsız olması barədə necə rahat şəkildə danışa bilir? Onun üçün “yaşıl işıq“ı yandıranlar kimlərdi?

İctimaiyyəti məşğul edən əsas suallardır bunlar. Digər tərəfdən, Ruslan Çovdarov atasını müdafiə etməklə kifayətlənmir, bəzi hallarda hücuma da keçir. Məsələn, o, müsahibənin növbəti bölümündə Akif Çovdarovun narkotiklərə qarşı ciddi mübarizə apardığını söyləyib və belə ehtimal irəli sürüb ki, atasının həbsində narkomafiyanın rolu ola bilər. Bu ehtimal olsa da, şantaj kimi qiymətləndirilə bilər. Güman ki, Akif Çovdarov oğlunun dililə nələri aça biləcəyinə işarə vurur.
Ruslan Çovdarovun silsilə müsahibələri artıq sosial şəbəkələrdə Akif Çovdarovun azadlığa buraxılması barədə mülahizələrə rəvac verib. Doğrudur, çoxsaylı cinayətlərdə təqsirləndirilən MTN generalının azad ediləcəyi inandırıcı görünmür. Amma hər halda barəsində müsbət imic formalaşdırılmaqla buna cəhdlərin olduğu sezilir.

Keçmiş MTN şefi Eldar Mahmudovun da hələ azadlıqda olması bu ehtimalı irəli sürənlərə əlavə arqumentlər verir.

Bəzi təsdiqlənməyən iddialara görə, Ruslan Çovdarovun mətbuatda atası barədə müsbətə doğru imic formalaşdırmasını Eldar Mahmudov məsləhət görüb.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button