2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Akkord” böhrandan necə qorunub?

“Akkord sənaye-tikinti investisiya korporasiyası” ASC yeni törəməsini təsis edib. Fins.az xəbər verir ki, martın 30-da təsis edilən yeni şirkət “Akkord AN” ASC adlanır.
Yeni səhmdar cəmiyyəinin nizamnamə kapitalı 4 min manatdır. Ancaq hələlik şirkətin səhmləri dövlət qeydiyyatına alınmayıb.
Şirkətin direktoru Anar Davud oğlu Məmmədov təyin edilib. O, eyni zamanda korporasiyanın digər törəmə şirkəti olan “Akkord Hydrotechnical Construction Company” MMC-nin direktorudur.
Ötən il Vergilər Nazirliyi vergi borcuna görə ölkədən çıxışına yasaq qoyulan şəxslərin siyahısını açıqlayarkən məlum olmuşdu ki, hərəkət azadlığı məhdudlaşdırılanlar arasında «Akkord» şirkətlər qrupuna daxil olan «Property İnvestments» MMC-nin direktoru Fariz İbrahimlinin də adı var.
2015-ci ildə qurulan bu şirkətin dövlət büdcəsinə ödəniləsi 227 min 243 manat borcu var. Şirkətdən AzadlıqRadiosu-na deyiblər ki, borc əmlak vergisi üzrə yaranıb və hissə-hissə ödənilməkdədir.
Bundan başqa “Akkord” şirkətinin 2014-cü ildən 2016-cı ilə qədər mənfəət vergisi ödəmədiyi də üzə çıxmışdı. Şirkət bunu əvvəlki zərərlərin kompensasiya edilməsi ilə izah etmişdi.
Mənfəət vergisi ödəməyən, törəmə şirkətlərinin bəzilərinin vergi borcu olan “Akkord”un yeni şirkət təsis maraqlıdır.
Bəzi ekspertlər hesab edir ki, bu sadəcə böhranın şirkətlərə təsir etmədiyi görüntüsü yaratmaq üçündür. Yaxud da şirkətin hakim ailənin nəzarətində olması onu böhrandan qoruyub.
Xatırladaq ki, “Akkord” korporasiyası 2005-ci ildə yaradılıb. Korporasiyaya Azərbaycanda və xaricdə fəaliyyət göstərərn 50 şirkət daxildir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button