AZ24SAAT.ORG

Now Reading:
AKP hökuməti Trampdan əvvəl Qüdsü İsrailin paytaxtı kimi tanıyıb – FAKT

AKP hökuməti Trampdan əvvəl Qüdsü İsrailin paytaxtı kimi tanıyıb – FAKT

ABŞ prezidenti Donald Trumpın Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan etməsindən sonra bir çox müsəlman ölkəsində buna qarşı ciddi etirazlar baş qaldırıb.

Bu etirazların ən sərti isə gözlənildiyi kimi Türkiyədən olub.

AZ24saat.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin anamüxalifət partiyası CHP ortaya maraqlı iddia atıb. CHP millət vəkili Ərən Ərdəm Türkiyə Böyük Millət Məclisində bəyan edib ki, rəsmi Ankara 2016-cı ildə İsraillə imzalalnan “Mavi Mərmərə” sənədlərində Qüdsü İsrailin paytaxtı kimi tanıyıb.

Ərdəm iddiasında bildirib ki, beynəlxalq diplomatik protokollara əsasən anlaşmalar harada imzalanmasından asılı olmayaraq iki dövlətin paytaxtı yazılmaqla bağlanılır. “Mavi Mərmərə” anlaşmasında isə tərəflər olaraq “Ankara-Qüds” yazılıb. Millət Vəkili iddia edir ki, bu sənədlə AKP hakimiyyəti Qüdsü Trampdan əvvəl İsrailin paytaxtı kimi tanıyıb.

az24saat.org

Türkiyə ilə İsrail arasında 2016-cı ildə imzalanan “Mavi Mərmərə” anlaşması

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.