2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

AKP seçkilərin təxirə salınmasını istədi, CHP etiraz etdi

Yayımlandı: 14 Fevral 2023 13:00

Kamal Kılıcdaroğlu: “Türkiyədə seçkilər təxirə salına bilməz”

6 fevral zəlzələsi Türkiyədə mayda gözlənilən prezident seçkilərinin təxirə salınıb-salınmaması ilə bağlı fikir ayrılığı yaradıb.

Saytların yığılması Saytlarin yigilmasi

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yetkilisi Bülent Arınç fevralın 13-də deyib ki, prezident və parlament seçkiləri 2024-cü ildə yerli seçkilərlə birləşdirilərək keçirilməlidir.

Cümhuriyyət Xalq Partiyasının başqanı (CHP) Kamal Kılıçdaroğlu B.Arıncın açıqlamasını qəbuledilməz sayıb.

CHP lideri seçkilərin ancaq müharibə vəziyyətində təxirə salına biləcəyini, heç kimin xüsusi hüquq norması yarada bilməyəcəyini söyləyib:

“Bu ifadə: “Gəlin, bir anda bir şəxsə xas hüquq norması yaradaq” – mənasını verir. Demokratik ölkələrdə belə bir anlayış yoxdur. Konstitusiyada bir bənd də var ki, heç kimə, təbəqəyə və ya qrupa imtiyaz verilə bilməz. Böyük zəlzələ oldu, xəbərimiz var. Miqrasiya hərəkətləri var, xəbərimiz var. Ancaq müasir texnologiya ilə bu problemləri asanlıqla aradan qaldırmaq olar. Ali Seçki Şurasında hər kəsin öz şəxsiyyəti var. Ünvan dəyişiklikləri də asanlıqla aşkar edilə bilər”.

“Seçkilərin təxirə salınması tələbləri altında seçkidən yayınma iradəsi var. Ancaq bu vəziyyəti YSK vasitəsilə həyata keçirmək, yəni öz maraqlarına uyğun birdəfəlik xüsusi qərarlar vermək istəyirlər. Arınçın açıqlaması bunu göstərir. Görülməli iş seçki tarixini dərhal müəyyən etməkdir, istər növbədənkənar seçki kimi 14 may, istərsə də 18 iyun. Seçkidən yayınmağın heç kimə xeyri yoxdur. Çünki bundan bütün ölkə zərər görəcək”,- deyə Kılıcdaroğlu fikrini tamamlayıb.

Foto: Screenshot

İYİ Partiya sədri Meral Akşener da 14 mayda keçirilməsi planlaşdırılan seçkilərin zəlzələlərə görə iyunun 18-ə qədər təxirə salına biləcəyini deyib.

Həbsdə olan HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaş isə bildirib ki, hər kəsin diqqəti fəlakətə yönəldiyi halda, hökumət bir qrup hüquqşünasa seçkilərin təxirə salınması üçün işləməyi tapşırıb.

“Reuters”ə danışan yüksək rütbəli hökumət rəsmisi zəlzələdən zərər çəkmiş bölgələrin Türkiyə əhalisinin yüzdə 15-ni təşkil etdiyini ifadə edərək:

“İnkişafa baxacağıq, amma seçkinin 14 mayda keçirilməsi çox ciddi çətinliklər yaradar”, – deyə söyləyib.

Türkiyə Konstitusiyanın 78-ci maddəsində deyilir ki, müharibə səbəbindən Türkiyə Böyük Millət Məclisinin qərarı ilə seçki yalnız bir il təxirə salına bilər. Yəni konstitusiyaya görə, müharibədən başqa heç bir səbəbdən seçkilər təxirə salına bilməz.

2023-cü ilin yanvarında Prezident Rəcəb Tayyib Ərdoğan seçkilərin mayın 14-də keçiriləcəyini bildirmişdi.

Rəcəb Tayyib Ərdoğan 2014-cü il avqustun 10-da ölkədə keçirilən ilk birbaşa prezident seçkilərində qalib gəlib.

2018-ci ildə Türkiyədə keçirilən növbədənkənar seçkilərdə yenidən prezident seçilib.

Fevralın 6-da Türkiyədə baş verən güclü zəlzələlər nəticəsində ölənlərin sayı isə 31 min 643 nəfərə yüksəlib.

10 əyalətdə 41 min 791 binanın dağıldığı bildirilir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button