2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Aksarayda Qarabağ parkı açılacaq – Fotolar

Konfrans vermək üçün Aksaraya səfər edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva və tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazgı ilə görüşüblər.

Millət vəkili Q.Paşayevanın Aksarayın mərkəzində Qarabağ Parkının salınması ilə bağlı təklifinə böyük həssaslıqla yanaşan bələdiyyə başqanı yaxın zamanlarda qədim Qarabağın adını daşıyacaq böyük parkın şəhərin mərkəzində salınacağını bildirib. Bələdiyyə başqanı parkın açılışında Azərbaycandan qardaş-bacılarımızı və sizi gözləyirik söyləyib. Tibb Elmləri üzrə fəlsəfə doktoru yazgül Abdiiyevanın da iştirak etdiyi görüş zamanı Azərbaycana böyük sevgiləri və bu önəmli addım üçün bələdiyyə başqanına təşəkkür edən millət vəkili Q.Paşayeva ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib, geniş müzakirələr olub. Azərbaycanı çox sevdiyini deyən Aksaray bələdiyyə başqanı Haluk ŞahinYazgı ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Azərbaycanın şəhidi bizim də şəhidimizdir deyən bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyərək bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacağıq. Aksaray bələdiyyə başqanına təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva və tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyevanı son zamanlar qardaş Türkiyədə terror aktları zamanı və ya terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır deyiblər. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri, verdiyi məsajlara xüsusi toxunan millət vəkili Q.Paşayeva cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və bu səfər dosta da düşmana da çox önəmli məsaj oldu deyib. Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Aksarayın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib. Aksray bələdiyyə başqanı Haluk ŞahinYazgı Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib. Aksaray bələdiyyə başçısına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın yaxın günlərdə oxuculara təqdim olunacaq 2-ci hissəsində qədim Aksarayın da yer alacağını bildirib: “Azərbaycan insanına Aksarayı daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək”. Aksaray bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva və Yazgül Abdiyeva bələdiyyə başqanını Azərbaycana dəvət ediblər. Azərbaycanı çox sevdiyini deyən Aksaray bələdiyyə başqanı Haluk ŞahinYazgı Azərbaycana mütləq səfər edəcəyini bildirib. Görüşdən sonra bələdiyyə başqanı millət vəkili Q.Paşayevanı və tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyevanı Aksarayın mərkəzində salınmağa başlayan yüksək səviyyəli yeni parkla tanış edib. Bölgənin mərkəzində yüksək səviyyədə salınan parka millət vəkili Q.Paşayevanın təklifi ilə Qarabağ adı verilməsi qəbul olunub və bu barədə rəsmi açıqlama verilib. Bildirilib ki parkı ziyarət edən Aksaraylıların Azərbaycan və Qarabağ həqiqətləri ilə bağlı məlumatlar əldə edə bilməsi üçün önəmli işlər görüləcək və Qarabağ həqiqətlərini özündə əks etdirən abidə qoyulacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button