2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Akşener bloka qayıtdı, Kılıcdaroğlu vahid namizəd oldu

Türkiyədə martın 6-da müxalifətin prezidentliyə vahid namizədi kimi Respublika Xalq Partiyasının (CHP) lideri Kemal Kılıcdaroğlunun adı elan edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Beləliklə o mayın 14-də keçiriləcək prezident seçkisində 6 partiyalı müxalifət blokunun lideri kimi Recep Tayyip Ərdoğana qarşı yarışacaq.

74 yaşlı Kılıcdaroğlu ölkənin üzv sayına görə ikinci böyük siyasi partiyasının lideridir.

O vahid namizəd elan edildikdən sonra deyib:

“Bizim masamız sülh masasıdır. Bizim yeganə məqsədimiz ölkəni firavan, dinc və sevincli günlərə çıxarmaqdır”.

Reuters agentliyi yazır ki, son rəy sorğuları prezident və parlament seçkilərində mübarizənin gərgin olacağını göstərir, lakin müxalifət blokunun hazırkı reytinqi hökumət alyansının dəstəyindən azacıq çoxdur.

Müxalifət bloku bəyan edib ki, seçkidə qalib gələrsə, Ərdoğanın iqtisadiyyat, vətəndaş haqları və xarici işlər sahəsindəki bir çox siyasətlərini kökündən dəyişəcək.

Bir çox təhlilçilər bu seçkini Türkiyə Respublikasının 100 illik tarixində ən həlledici hadisə hesab edirlər.

Keçmiş hökumət qulluqçusu Kılıcdaroğlu ölkədəki iqtisadi çətinliklərdən, yüksələn inflyasiyadan və bu yaxınlarda baş vermiş dağıdıcı zəlzələlərdən sonra adamların hakimiyyətdən olan narazılığından fürsətlənə bilər.

Bununla belə bəziləri karyerasını korrupsiyaya qarşı mübarizəyə həsrət etmiş yaşlı bir iqtisadçının xüsusi seçki xarizmasına və seçki qələbələri təcrübəsinə malik Ərdoğana üstün gələ biləcəyinə şübhə edirlər.

The Guardian yazır ki, Kılıcdaroğlunun vahid namizəd elan edilməsindən az əvvəl bloku qısa müddətə tərk etmiş İYİ partiyası yenidən alyansa qayıdıb.

Bu partiyanın lideri Meral Akşener Kılıcdaroğlunun vahid namizəd elan edilməsinə qarşı idi. Onun tərəfdarları bildirirdilər ki, seçkidə qalib gəlmək üçün Kılıcdaroğlunuin öz partiyasından olan başqa iki nəfərin daha böyük şansı var.

Söhbət İstanbul və Ankara şəhərlərinin merləri Ekrem İmamoğluMansur Yavaşdan gedirdi.

Lakin Akşener son anda mövqeyini 180 dərəcə dəyişərək Kılıcdaroğlunun namizədliyinə dəstək bildirib.

Bəzi xəbərlərə görə İmamoğlu və Savaşın birgə vitse-prezidentliyə namizəd olacaqlarına dair vəd İYİ partiyasını indilik qane edib.

Müxalifətin siyasi məsləhətçilərindən Selim Sazak bu barədə deyib:

“İmamoğlu və Yavaşa görə Kılıcdaroğluna kim səsini verəcək? Bu çox böyük məchuldur. Son məqamda heç kəs kağız üstündəki ikinci ada fikir vermir. Məgər Baydenə Harrisə görə səs veriblər? Yaxud Pensə görə Trampa kim səs verib?”

Bir çox müşahidəçilər hesab edirlər ki, 6 partiyalı blokda nəzərə çarpan fikir ayrılıqları yalnız Ərdoğana işləyəcək.

Sazak da bu fikirlə razıdır. O qeyd edir ki, müxalifət bloku vahid namizəd qərarının düzgünlüyünü elektoratla təmaslarında izah və sübut etməlidir.

24 saat” “
Akşener bloka qayıtdı, Kılıcdaroğlu vahid namizəd oldu
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button