2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Aksiyada tutulan məcburi köçkünlərin həbsi artırıldı

Bu gün, mayın 11-i Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Biləsuvar rayonun qəsəbələrində keçirilən etiraz aksiyasında saxlanan köçkünlərdən 4-nün həbs müddəti daha bir ay uzadılıb.

İstintaq qurumu məcburi köçkünlərin həbs müddətinin 1 aylığa uzadılması ilə bağlı məhkəməyə təqdimat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Təqdimata hakim Babək Pənahovun sədrliyi ilə baxılıb. Müdafiə tərəfi həbs müddətinin uzadılmasından imtina olunmasını istəsə də, məhkəmə istintaq qurumunun təqdimatını əsas götürüb .

Həbsdəki məcburi köçkünlərin – Gülağa Əliməmmədov, Cəlal Quliyev, İlkin İsgəndərovZaur Feyruzlunun həbs müddəti iyunun 12-nə kimi uzadılıb. Həmin hadisələr zamanı saxlanan başqa bir köçkün – Ülvi Quliyevin həbs müddətinin başa çatıb-çatmadığını dəqiqləşdirmək mümkün olmayıb.

Məcburi köçkünlərin vəkillərindən Elçin Sadıqov Azadlıq Radiosuna qərarla razılaşmadıqlarını, apellyasiya şikayəti verəcəklərini bildirib.

XATIRLATMA

2016-cı il dekabrın 22-də Biləsuvarda məskunlaşan məcburi köçkünlər etiraz aksiyası keçiriblər. Cəbrayıl rayonundan olan köçkünlər qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsindən narazılıqlarını bildiriblər. Onlar deyiblər ki, qəsəbələrdə qaz olmadığından işıqların sönməsi qışda çıxılmaz durum yaradır. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verib.

Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında aksiya zamanı 3 nəfərin saxlandığı bildirilirdi. Məlumatda qeyd edilirdi ki, Cəlal Quliyev, Zaur Feyruzlu və Gülağa Əliməmmədov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Daha sonra Ülvi Quliyev və İlkin İsgəndərovun də həbs olunduğu bildirilirdi.

Onlar CM-in 186.2.2 (özgə əmlakını məhvetmə, partlatma və yandırma), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi) maddələri ilə ittiham edilirlər.

Rəsmi məlumatda o da vurğulanırdı ki, 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 1 xidməti avtomobilin şüşələri sınıb. Ancaq köçkünlər Azadlıq Radiosuna bildirmişdilər ki, polislərin xəsarət alması ilə bağlı məlumatlar şişirdilib.

Əksinə aksiya iştirakçılarına fiziki güc tətbiq edilib. Aksiyadan bir qədər sonra qəsəbələrə mavi yanacaq çəkilib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button