2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Aksiyalara görə hakimiyyətin Qərbi ittiham etməsi utancvericidir”

Sülhəddin Əkbər: “Bu əmələ ad qoymaq mümkün deyil”

Milli Şura və Müsavat Partiyasının sentyabrda keçirəcəyi aksiyalar hakimiyyət təmsilçilərini hərəkətə gətirib. Xalqın bu aksiyalara dəstək verməyəcəyini vurğulayan hakimiyyət təmsilçiləri, məlum aksiyaların bəzi Qərb dövlətlərinin dəstəyi ilə keçirildiyini iddia etməkdə, konkret dövlətlərin adını çəkməkdədir.
Hakimiyyət təmsilçilərinin Qərb dövlətlərinə yönəlik bu ittihamları həmin dövlətlərlə Azərbaycan arasına siyasi gərginliyə səbəb ola bilərmi?
24saat.org-a açıqlama verən AZDP sədri, politoloq Sülhəddin Əkbər bu ittihamın əsassız olduğunu vurğuladı:
“Bu, çox yersiz, utancverici bir iddiadır. Bir tərəfdən elan edəsən ki, Azərbaycan demokratik dövlətdir, burada demokratiya inkişaf edir, digər tərəfdən vətəndaşların konstitusyon haqlarını tapdalayasan, bunu hansısa xarici qüvvə ilə balayasan. Artıq 2016-cı ildir. Indiki müasir dövrdə insanları referendum kimi mühüm əhəmiyyətli bir məsələ ilə bağlı öz fikrini bildirmək üçün toplaşmaq azadlığından istifadə etməkdə qınamaq ağlasığmazdır. Buna ad qoymaq da mümkün deyil”.

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button