2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Aksiyalardan imtina etmək olmaz”

Sərdar Cəlaloğlu: “Aksiyaların keçirilməsinin özü bir nəticədir”

Müxalif qüvvələrin son vaxtlar referendum əleyhinə keçirdiyi aksiyalar cəmiyyətdə, eləcə də siyasilər arasında birmənalı qarşılanmır. Bəziləri hesab edir ki, geniş xalq kütləlrinin qatılmadığı bu cür aksiyaların keçirilməsi ilk növbədə müxalifətin özünün nüfuzuna zərbədir. Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu bu qənaəti bölüşmədiyini vurğuladı: “Mən düşünmürəm ki, bu cür aksiyalar müxalifətin nüfuzunu aşağı salır. Aksiyaların keçirilməsinin özü bir nəticədir. Ölkədə referendum keçirilir. Bu referenduma müxalifət də, geniş xalq kütlələri də öz münasibətini bildirməlidir. Bu gün xalq apolitik bir vəziyyətdədir. İnsanlarda müəyyən qorxu var. Əhalinin ciddi siyasi fəallığı yoxdur. Belə bir şəraitdə insanların aksiyaya az qatılması iqtidara müxalifətlə bağlı əks-təbliğat aparmağa imkan verir. Bunları nəzərə alaraq aksiyalardan imtina etmək olmaz”. Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button