2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Aksiyaya simvolik balta ilə çıxmışdıq deyə ərimi saxladılar”

Bunu Avropada mühacir həyatı yaşayan hüquqşünas Ataxan Əbilov “Facebook” səhifəsində yazıb.

Hüquqşünasın sözlərinə görə, Şəmsəddin Babayev iyunun 16-da Respublika Hərbi Prokurorluğunun binası önündə “Tərtər işi” ilə bağlı keçirilən dinc aksiyada iştirak etdiyinə görə saxlanılaraq 18 saylı polis şöbəsinə aparılıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Doktor Şəmsəddin Babayevin Azərbaycan ordusunda həkim-zabit kimi xidmət edən oğlu İkinci Qarabağ müharibəsinin sonuncu günü cəbhə xəttində şəhid olub. Bu ölüm faktını intihar kimi sənədləşdiriblər. Şəmsəddin həkimin istəyi oğluna haqqı olan şəhidlik statusu almaqdır”, – Ataxan Əbilov belə yazıb.

Ataxan Əbilov qeyd edib ki, Şəmsəddin Babayev 18 saylı polis şöbəsindən birbaşa ruhi-əsəb dispanserinə aparılıb və indiyə kimi orada saxlanılır.

Şəmsəddin Babayevin həyat yoldaşı Sürəyya Babayeva Meydan TV-yə həyat yoldaşının saxlanılmasını təsdiqləyib.

Bildirib ki, oğluna şəhidlik statusu almaq üçün Hərbi Prokurorluğun qarşısında aksiyaya çıxıblar.

“Oğlum – baş leytenant Rəşid Babayev 12 noyabr 2020-ci ildə, müharibə bitəndən 2 gün sonra şəhid olub. O, general Polad Həşimovun tibb xidmətinin rəisi olub. Onu atəşkəsdən iki gün sonra erməni silahlı qüvvələri şəhid edib. Amma status vermirlər, şəhid olduğunu gizlədirlər. Ölümünü intihar kimi sənədləşdiriblər. Guya özünə qəsd edib”, – deyə Sürəyya Babayeva bildirib.

Onun sözlərinə görə, həyat yoldaşı aksiyada əlinə simvolik balta götürdüyünə görə saxlanılıb: “Şikayətlərimizi başda Prezident İlham Əliyev və I Vitse-prezident Mehriban Əliyeva olmaqla müvafiq orqanlara göndərmişik. Ancaq reaksiya yoxdur. Ona görə mən və yoldaşım Şəmsəddin Babayev simvolik balta götürüb, aksiyaya çıxdıq”.

Sürəyya Babayeva həyat yoldaşının ruhi-əsəb dispanserində saxlanıldığını təsdiqləyib: “Şəmsəddinlə görüşmüşəm, amma hələ buraxmaq niyyətləri yoxdur”.

Elşad Hacıyev: “Balta simvolik deyil və nazirlikdədir”

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev baltanın simvolik olmadığını bildirib.

O, baltanın hazırda nazirlikdə saxlanıldığını əlavə edib.

Elşad Hacıyev bildirib ki, Şəmsəddin Babayevə qarşı heç bir zorakılıq və qeyri-insani rəftar edilməyib: “Şəmsəddin həkimi profilaktik tədbir görülməsi üçün bölməyə aparıblar, barəsində isə hər hansı inzibati-icraat tədbiri tətbiq olunmayıb. Hələ araşdırmalar davam etdirilir”.

İyunun 16-da “Tərtər işi”ndən zərərçəkənlər və bu işin araşdırılmasını istəyən bir qrup insan Hərbi Prokurorluq önündə aksiya keçirib.

Onların tələbi “Tərtər işi”ndə hərbçilərə işgəncə verən şəxslərin cəzalandırılması, həbs edilənlərin azad edilməsi və işgəncələr nəticəsində əlillik qazananların şikayətinin araşdırılması olub.

Baş Prokurorluğun ən son yaydığı məlumatda bildirilir ki, “Tərtər işi” üzrə 2021-ci ilin dekabrında yenidən istintaq araşdırmaları başlayandan sonra işgəncə və başqa qanunsuz hərəkətlərə məruz qalmış 280 nəfər zərərçəkmiş qismində tanınıb.

Əvvəlki dövrdə zərərçəkmiş kimi cəlb olunanlarla birlikdə hazırda ümumilikdə 397 nəfər zərərçəkmiş var.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button