Now Reading:
Aktrisa arvadının pornoqrafik şəkillərini yayan şəxsi İlham Əliyevi sevməyə kim məcbur edir?

Aktrisa arvadının pornoqrafik şəkillərini yayan şəxsi İlham Əliyevi sevməyə kim məcbur edir?

Dövləti sevmək onun vətəndaşlara sayğı və anlam bəsləməsidir. Ailəsinə sayğısız, xanımına anlamsız bir adam “mən dövləti sevirəm’” dedikdə onun hissinin ülvi əvəzinə pornoqrafik olduğu üzə çıxarsa necə olur? Sevgini əxlaqsızlıq, əxlaqı isə sevgisilik kimi başa düşənlər əslində dövlətə düşmən kəsilirlər. Çünki ailə də bir dövlətdir.Son günlər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin hazırda həbsdə olan generalı Akif Çovdarovun əməllərindən zərərçəkməsi ilə gündəmə gələn Maqsud Mahmudov hazırki iqtidarı və ölkə başçısı İlham Əliyevi müdafiə etməsi ilə yenidən “məşhurlaşıb”.

Criminal.az xəbər verir ki, “Çovdarov mənə 10 milyon manat ziyan vurub” deyən M.Mahmudovun özünün dəfələrlə məhkumluq həyatı yaşadığı üzə çıxıb. İlk olaraq həmin cinayətlərdən ən diqqət çəkən əməlini oxucuların diqqətinə çatdırırıq.Maqsud Mahmudov Azərbaycanın tanınmış aktrisası olan F.A-ova ilə qeyri-rəsmi ər-arvad münasibətində olub. Əlimizdə olan məhkəmə qərarlarından aydın olur ki, həmin aktrisanın qardaşı ilə M.Mahmudovun arasında ciddi münaqişə olub. F.A-ovanın qardaşı Ruslan Axundov 1 dekabr 2005-ci ildə M.Mahmudovu qəsdən öldürməyə cəhd edib. Ona görə də, M.Mahmudov Ruslandan qisas almaq qərarına gəlib. 

Məhkəmə qərarı Məhkəmə sənədlərinə istinadən bildiririk ki, bu məqsədlə 12 mart 2006-cı il tarixdə Bakı şəhərində R.Axundovun bacısı, qeyri-rəsmi ər-arvad kimi yaşadığı F.A-ova ilə qeyri-təbii yolla cinsi əlaqədə olmasına dair pornoqrafik xarakterli fotoşəkilləri özünə məxsus mobil telefonla çəkərək hazırlayıb. Səhəri gün saat 16-17 radələrində R.Axundovun barəsində cinayət işi üzrə məhkəmə prosesinin keçirildiyi Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin inzibati binasının qarşısında yayıb.Daha sonra isə o, 29 mart 2006-cı il tarixdə saat 8:30 radələrində şübhəli şəxs qismində tutulub. Lakin səhhəti ilə əlaqədar mühafizə altında saxlanıldığı Bakı şəhəri Kliniki Tibbi Mərkəzinin cərrahiyyə şöbəsindən özbaşına getməklə mühafizə altından qaçıb.

 Bundan sonra 9 aprel 2006-cı il tarixdə saat 18 radələrində məsuliyyətdən və cəzadan yayınmaq məqsədi ilə Əsədov Şahin Heydər oğlu, Həsənov Həbibullah Məhəmməd oğlu və istintaqa məlum olmayan digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə qrup halında əvvəlcədən razılaşdırıldığı qaydada F.A-ovanı zorla özü ilə götürməklə Şahin Əsədovun müşayiəti ilə istintaqa məlum olmayan şəxsin idarə etdiyi qayıqda Alazan çayını keçib Gürcüstan ərazisinə keçib.Özü də məhkəmədə bu əməlini qismən etiraf edib. Hazırki işə üzrə məhkum olunmuş Ş.H.Əsədovun, H.M.Həsənovun, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmə-xəttşünaslıq, məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəyləri ilə, işə əlavə edilmiş çoxsaylı sənədlərlə və fotoşəkillərlə və müxtəlif istintaq hərəkətlərinin aparılması haqqında protokollarla tam sübuta yetirilib. O, Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən 242-ci (pornoqrafik materialları və ya ə.yaları qanunsuz yayma) maddəsi ilə məhkum edilib. M.Mahmudovun digər cinayət əməlləri və məhkəmə işlər haqda növdəti yazılarla oxuculara təqdim edəcəyik.   Məhkəmə qərarı

Input your search keywords and press Enter.