2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Aktrisa Mehriban Əliyevaya yazdı: “Sizi baş verən iyrəncliklərə “dur” deməyə səsləyirəm”

Yayımlandı: 2 Mart 2023 15:02

Son dəyişiklik: 2 Mart 2023 16:32

Tunay Əliyeva Bəxtiyar Hacıyevlə bağlı şantaj görüntülərinin qadınlar üçün təhlükə yaratdığını deyir

Saytların yığılması Saytlarin yigilmasi

Model, teleaparıcı və aktrisa Tunay Əliyeva Birinci vitse-prezident Mehriban Əliyevaya açıq məktub yazıb.

Tunay Əliyeva həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin şəxsi yazışmalarının və ona aid məlumatların da ictimailəşdirilməsindən narazılığını ifadə edib:

İctimai fəal Bəxtiyar Hacıyev öz hüquqlarının müdafiəsi naminə artıq 50 gündən artıqdır ki, aclıq aksiyası keçirirdi. Bu, onun öz seçimidir. Lakin onu ifşa etdiyini düşünən (deyilənə görə, Azərbaycanın bəzi səlahiyyətli şəxsləri də bura daxildir) müəyyən bir qrup neçə gündür ki, mənim də adımın, illər öncə ictimai yerdə çəkilmiş video və fotomun yer aldığı materialları yayırlar. “Telegram” şəbəkəsində kanallar yaradaraq onlarla Azərbaycan qız-qadınını təhqir edir, aidiyyatı olub-olmadığı bəlli olmadan onların bilgilərini paylaşırlar. Bu mənəvi terroru hələ də davam edirlər”.

Mənbə: Sosial media

Bəxtiyarın telefonundakı, noutbukunda uzun illərdən bəri tanış, dost, sevgili olduğu qadınlara məxsus şəkillər ictimailəşdirilir. İnsanlar təhqir olunur, hədəf göstərilir”, – Tunay Əliyeva müraciətində deyir.

Bu “ifşa” prosesini həyata keçirənlər Azərbaycan kimi mühafizəkar cəmiyyətdə bu qadınların sonrakı həyatını, hazırki ailə durumunu, psixoloji vəziyyətini, ictimaiyyətin onlara olacaq münasibətini düşünmürlər. Bu, kibercinayətdir, insanların şəxsi həyatına müdaxilədir. Bundan başqa, ölkə vətəndaşlarının həyatını siyasi məqsəd naminə böyük bir təhlükəyə atmaqdır”, – deyə o bildirib.

O, müraciətində Mehriban Əliyevadan aidiyyəti qurumlara şəxsi məlumatların ötürülüməsinin qarşısının alınması üçün göstəriş verməsini xahiş edib:

Bizə qarşı bu terroru edənlər üçün heç bir mənəvi dəyər, qırmızı cizgi yoxdur. Sizi bütün bu baş verən iyrəncliklərə “dur” deməyə səsləyirəm. Siz də anasınız və belə məqamlarda bir qadının, qızın başına nə gələciyini bilməmiş deyilsiniz. Lütfən, bu biabırçılığın sonlandırılması üçün göstəriş verəsiniz”.

Ötən gün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Meydan TV-yə bildirib ki, Bəxtiyar Hacıyev saxlandığı gün Bakı şəhər Baş Polis İdarəsinə vəkili ilə birlikdə dəvət olunub.

Həmin vaxt onun üzərində elektron daşıyıcı cihaz – mobil telefon, planşet, kompüter olmayıb, evində və ofisində axtarış aparılmayıb.

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.

Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button