2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Albaniya prezidenti Bakıya gələcək

Albaniya Respublikasının prezidenti İlir Meta Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən virtualaz.org-a bildiriblər ki, İlir Metanın Forum çərçivəsində Balkan regionunda mövcud geosiyasi vəziyyətə həsr olunmuş panel müzakirələrdə iştirakı gözlənilir. Tədbir çərçivəsində, həmçinin Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu kimi mövzular barədə müzakirələr aparılacaq.

Forumun işində İlir Meta ilə yanaşı, 10-dan çox ölkənin prezidenti, baş naziri və xarici işlər nazirlərinin iştirakı gözlənilir. Eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq ölkə və hökumət başçılarının, tanınmış ictimai-siyasi xadimlərin də daxil olduğu 500-ə yaxın qonağın iştirakı nəzərdə tutulur.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Albaniyanın sabiq prezidentləri Pecep Meydani, Sali Berişa, Bamir Topi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdürlər və onlar əvvəlki forumlarda, təşkilatın digər toplantılarında təmsil olunublar.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button