Loading...
Loading...
SEÇMƏ

Albinizm: Fərqli olmağın çətinlikləri

Yayımlandı: 8 Sentyabr 2022 14:08

Ləman Əliyeva albinosdur. Fərqli olmaq maraqlıdır deyir amma, bununla yanaşı çətinlikləri də var. Günəşli havada görmə zəifliyi dezavantaj olsa da bəzən üstünlüklərinin olduğunu da vurğulayır. Rəng fərqliliyi, fərqli rəngdə göz insanların marağına səbəb olur. Albinizm genetik xəstəlikdir. Orqanizmdə melanin piqmenti çatışmadığından saç, kiprik ağ rəngdə, dəri isə çəhrayı tonlarda olur. Albinoslara görmə qabiliyyətlərinin zəif olduğundan 1 – ci qrup əlillik statusu verilir. Görmə çətinliyi yaşasalar da, albinoslar üçün özəl dərsliklər yoxdur. Xüsusi xəstəlik olaraq qəbul edilmədiyindən dövlət tərəfindən hər hansı bir yardım yoxdur. Ləman daha anlayışlı, insanların mühakimə etmək yerinə anlaşıldığı bir cəmiyyətdə yaşamaq istəyir.

Meydan TV

Gözdən qaçırmayın:  15 yaşlı yeniyetmə anasının qətlinə görə məhkəmə qarşısında

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button