Now Reading:
Aldadılan Ağdam sakini: ‘Teylor icra başçısının vassalı olub…’

Ağdam rayonunun icra başçısı Raqub Məmmədovun məhkəməyə çağrılıb dindirilməsi tələb olunur. Bu tələbi Ağdamda müxtəlif idarə və müəssisələrə işə düzəlməkdən ötrü sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi olmuş Teylor İbrahimova (Fətişoğlu) pul verdiklərini iddia edən zərərçəkmişlər dilə gətirir. Onlar yanvarın 9-da T.İbrahimovun məhkəməsində bu tələblə çıxış ediblər.

CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə suçlanan T.İbrahimovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Yanvarın 9-da keçirilən məhkəmədə T.İbrahimov hakimlərdən iki həftə vaxt istəyib. Deyib ki, səhhətində ciddi problemlər var və bu üzdən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb: “Hətta ola bilər ki, gələn dəfə məhkəmədə məni görməyəsiz…”

azadliq.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.