2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Aleksandr Lapşinin məhkəməsi başlayır

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə ittiham olunan blogger Aleksandr Lapşinin mühakiməsi başlayıb. İyunun 22-də bu iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasov təqsirləndirilən şəxsin anket məlumatlarını dəqiqləşdirib.
Özü haqda məlumat verən Aleksandr Lapşin bildirib ki, 1976-cı il təvəllüdlüdür, himayəsində 2 yaşlı övladı var. O da məlum olub ki, Lapşin həm İsrail, həm Rusiya, həm də Ukrayna vətəndaşıdır.
Məhkəməni izləməyə gələnlər arasında Ukrayna, İsrail səfirliklərinin konsulları da vardı.
Lapşinin vəkili Eduard Çernindir.
Hakim tərəflərdən işin məhkəmə baxışına verilməsi ilə bağlı fikirlərini soruşub, nə dövlət ittihamçısı Nəsir Bayramov, nə də Lapşin özü və vəkili etiraz edib.
İş üzrə məhkəmə baxışı iyunun 30-na təyin olunub.
Aleksandr Lapşin CM-nin 281 (dövlət əleyhinə yönələn açıq çağırlşlar) və 318 (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur. İttihama görə, o, Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə cinayət əlaqəsinə girərək, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.
Lapşin özünə məxsus http//puerrtto.livejournal.com səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib. Həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.
Lapşin 2017-ci il yanvarın 17-də Azərbaycana Belarusdan ekstradisiya olunub.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button