2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SiyasətXəbərlər

Ali Məhkəmə “24saat”ın bloklanması barədə qərarı qüvvədə saxladı

Az24saat.org saytının baş redaktoru Vüqar Qurdqanlı: Avropa Məhkəməsinə müraciət edəcəyik

Ali Məhkəmədə Az24saat.org saytının bloklanması ilə bağlı qərardan verilmiş şikayətə baxılıb. Hakim Əsəd Mirzəliyevin sədrlik etdiyi kollegiya şikayətin təmin edilməməsi barədə qərar çıxarıb.

Qərara əsasən Az24saat.org saytının bloklanması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiasını təmin edilməsi barədə qətnamə qüvvədə saxlanılıb.

Saytın baş redaktoru Vüqar Qurdqanlı bildirib ki, bu iş üzrə Avropa İnsan haqları Məhkəməsinə müraciət edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, sözügedən qətnamə avqustun 7-də Səbail rayon məhkəməsi tərəfindən çıxarılıb.

19.09.2018-ci il tarixində Bakı Apellyasiya Məhkəməsində Səbail rayon məhkəməsinin qərarından verilmiş şikayətə baxılsa da, təmin edilməyib.

Az24saat.org saytının bloklanması ilə bağlı iddiada göstərilirdi ki, prezidentin köməkçisi Əli Həsənovun adının çəkildiyi 4 yazının 8 saat ərzində silinməsi tələb edilsə də, sayt yazıları silməyib. Xəbərdarlıqda qeyd edilən yazılar aşağıdakılardır:

Qeyd edək ki, “az24saat.org” saytının əsas domen adı olan “www.24saat.org” 5 may 2017-ci il tarixində heç bir xəbərdarlıq olmadan Azərbaycan ərazsinində bloklanıb. Buna səbəb həmin ərəfədə Azərbaycan ərazisində bloklanan meydan.tv, azadliq.info. azadliq.org və digər saytların bütün xəbərlərini istisnasız olaraq təkrar yaymağımız olub.Sözügedən domen bloklandığı üçün sayt bir neçə vaxtdır “Az24saat.org” domen adı ilə fəaliyyət göstərir.

2017-ci ilin mayın 12-də Səbail rayon Məhkəməsinin qərarıyla AzadlıqRadiosunun azadliq.org, “Azadlıq” qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və “Azərbaycan saatı” televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb.

2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.

Az24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button