Now Reading:
Ali Məhkəmə “Azadlıq”ın əməkdaşı haqda qərarı qüvvədə saxladı

Ali Məhkəmə “Azadlıq”ın əməkdaşı haqda qərarı qüvvədə saxladı

Bu gün Ali Məhkəmədə “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin kassasiya şikayətinə baxılıb.

Hakim Gülzar Rzayevanın sədrliyilə keçirilən məhkəmədə həm Faiq Əmirli özü, həm də vəkili Aqil Layıcov bəraətverici əsaslarla cinayət işinə xitam verilməsini istəyib.
Aqil Layıcov müvəkkilinə ittihamların əsassız olduğunu bildirib. Vəkil Faiq Əmirlinin Fətullah Gülənin tərəfdarı olması, onun təbliği ilə məşğul olması haqda ittihamda yazılanların absurd olduğunu bildirib. “Azadlıq” qəzetinin vergidən yayınması haqda ittihamın da əsassız olduğunu vurğulayan vəkil Vergilər Nazirliyinin 39 min manatlıq mülki iddiasının da rədd edilməsini istəyib.
Faiq Əmirli özü də çıxışında vəkilinin dedikləri ilə razı olduğunu, nəinki fətullahçılıq, ümumiyyətlə, dinlə əlaqəsi olmadığını, ittihamların qondarma olduğunu söyləyib.
Gülzar Rzayevanın sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra kassasiya şikayətinin təmin olunmadığını elan edib.
Faiq Əmirli 2016-cı ilin avqustunda həbs olunub. Səbail rayon Məhkəməsinin hökmü ilə ilə 3 il 3 ay azadlıqdan məhrum edilib. Hökmdə onun 39 min manat ödəməli olması da öz əksini tapıb.
Bakı Apellyasiya Məhkəməsi Faiq Əmirlinin işinə baxarkən CM-nin 70-ci maddəsini tətbiq edib və ona 2 il şərti cəza təyin edilib. Faiq Əmirli 2017-ci ilin sentyabrında məhkəmə zalından azadlığa buraxılıb.
Faiq Əmirli ittihamı qəbul etmir və saxta olduğunu bildirir.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.