Now Reading:
Ali Məhkəmənin hakiminin qardaşına hökm oxundu

Mahir Kərimovun 5 il 6 ay həbs cəzası şərti hesab ediləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində “Fateh-N” MMC-nin icraçı direktoru olarkən bir mənzili bir neçə nəfərə sataraq dələduzluqda təqsirləndirilən Mahir Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bizimyol.info xəbər verir ki, hakim Azad Məcidovun sədrlik etdiyi kollegiyanın hökmü ilə Mahir Kərimov 5 il 6 az müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib və 2 il sınaq müddəti seçilib.

Hökmdə onun zərərçəkənlərə dəymiş ziyanı ödəyərək onlarla barışıq əldə etməsi nəzərə alınıb.

M.Kərimov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə təüsirli bilinib.

Xatırladaq ki, M.Kərimov Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşıdır. “Fateh-N” MMC-nin təsisçisi isə Ələsgər Ömərov olub. O, bir müddət əvvəl dünyasını dəyişdiyi üçün barəsindəki cinayət işinə xitam verilib.
Ə.Ömərov isə İctimai Televiziyanın sabiq rəhbəri İsmayıl Ömərovun qardaşıdır.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.