Now Reading:
Ali Məhkəmənin sədri də əvəzedilməz kadra çevrildi

Ramiz Rzayev İlham Əliyevin təqdimatı əsasında Milli Məclis yenidən Ali Məhkəmənin hakimi təyin edilib.

Dövlət başçısının onu yenidən Ali Məhkəmənin sədri təyin edəcəyi gözlənilir.

Məhkəmə sisteminin icra hakimiyyətinin tapşırıqlarını yerinə yetirən orqanın başçısı kimi R.Rzayev etimadı tam doğrultduğundan əvəzedilməz kadrlardan hesab olunur. Bu baxımdan onun yenidən Ali Məhkəmənin sədri olacagı şübhə doğurmur.

65 yaşlı Rzayev 2005-ci ildən bu vəzifəni tutur, ondan əvvəl isə baş prokurorun birinci müavini olub.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.