2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ali Məhkəmə Əfqan Muxtarlı ilə bağlı qərar verdi

Şikayəti təmin edilməyən jurnalist həbsdə qaldı

Ali Məhkəmədə jurnalist Əfqan Muxtarlının kassasiya şikayətinə baxılıb.
24saat.org xəbər verir ki, Əfqan Muxtarlı Balakən rayon məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Kassasiya şikayəti həmin qərardan verilib. .Hakim Fərhad Kərimovun sədrliyi iləkeçirilən prosesdə Ə.Muxtarlı iştirak etməyib.

Kassasiya şikayəti ilə bağlı çıxış edən vəkil Elçin Sadıqov jurnalist barəsində bəraət qərarı çıxarılmasını istəyib.

Prokuror Rövşən Tağızadə isə məhkəmənin qərarını qüvvədə saxlamağı xahiş edib.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmə kollegiyası jurnalist barəsində hökmün qüvvədə saxlanması barədə qərarı elan edib.

Baş prokurorluğun yaydığı məlumata görə, Ə.Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. “Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb. Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb” – deyə rəsmi qurumların məlumatında bildirilir.

Vəkilləri və yaxınları isə bildirirlər ki, Ə.Muxtarlı mayın 29-da yaşadığı Tbilisi şəhərindən yoxa çıxıb, mayın 30-da onun Azərbaycanda olduğu məlum olub. Jurnalalistin sözlərinə görə, o, yaşadığı evin yaxınlığından oğurlanıb, qanunsuz şəkildə sərhədi keçirilib və zorla cibinə 10 min avro qoyulub.

Amnesty İnternational təşkilatı onu “vicdan məhbusu” kimi tanıyıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button