2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ali Məhkəmə ANS-in şikayətini təmin etmədi – YENİLƏNİB

Bu gün ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti üzrə proses müşavirədən sonra davam etdirilib.
Ali Məhkəmədə hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmənin qərarına əsasən, şikayət təmin edilməyib.
****
Bu gün ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti üzrə proses davam etdirilib.
Ali Məhkəmədə hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə tərəflər çıxış ediblər.
Bundan sonra məhkəmə heyəti müşavirəyə gedib.
Məhkəmənin qərarı bu gün saat 15:00-da elan olunacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button