2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ali Məhkəmə ANS-lə bağlı qərar verdi

 

“Telekanalın lisenziyasının ləğvi üçün göstərilən səbəb qanunsuzdur”

Saytların yığılması Saytlarin yigilmasi

Aprelin 19-da Ali Məhkəmədə “ANS ÇM Yayım və Media”, “ANS Müstəqil Yayım və Media” şirkətlərinin kassasiya şikayətlərinə baxılıb.

Meydan TV-nin məlumatına görə, hakim Kəmaləddin Bədəlov və Azər Hüseynovun sədrliyi ilə keçirilən proseslərdə ANS-in şikayətləri təmin edilməyib.

ANS-in nümayəndəsi Sevda Məhərrəmova Teleradio Şurasının hansısa telekanalın yayımını özbaşına dayandırmaq səlahiyyətinin olmadığını deyib:

“Aşağı instansiya məhkəmələri də bu məsələ ilə əlaqədar qərar çıxararkən qanunları düzgün tətbiq etməyiblər. Bakı Apelyasiya Məhkəməsinin bu məsələdə gəldiyi nəticə yanlışdır”.

ANS-in vəkili Fuad Ağayev isə çıxışında telekanalın lisenziyasının ləğvi üçün göstərilən səbəbin tamamilə qanunsuz olduğunu söyləyib.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyulda keçirilmiş iclasında “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Yayım zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması halları əsas götürülərək ANS ÇM radiosunun xüsusi razılığı (lisenziya) ləğv olunub. “ANS ÇM Yayım və Media” Şirkəti qərardan 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə şikayət verib, şikayət təmin edilməyib.

MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18.30-dan etibarən dayandırılması barədə qərar qəbul edib.

ANS MTRŞ-nin bu qərarından 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə şikayət verib. ANS-in şikayəti təmin edilməyib. Bakı Apelyasiya Məhkəməsində “ANS Müstəqil Yayım və Media” Şirkətinin 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərarından verdiyi şikayətə baxılıb, şikayət təmin edilməyib.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button