2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ali Məhkəmə AXCP fəalı ilə bağlı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib

Bakı/16.12.21 Bu gün, dekabrın 16-da Azərbaycan Ali Məhkəməsi hakim İlkin Fərəcovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, bu partiyanın sədri Əli Kərimlinin sürücüsü Paşa Umudovla bağlı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib. Ali Məhkəmə Nərimanov rayon Məhkəməsinin qərarından verilən şikayəti yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarıb. Bu barədə vəkil Zübeydə Sadıqova bildirib.

Vəkilin sözlərinə görə, Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edib.

“Mən kassasiya şikayətində Paşa Umudova bəraət istəmişdim. Çünki narkotik ittihamının onun həbsinə aidiyyatı yoxdur”, deyə vəkil qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Hüquq müdafiəçisi Zəfər Əhmədov ümid edir ki, Apellyasiya Məhkəməsi cəzanı yüngülləşdirər, ittihamı dəyişə bilər.

“Belə qərar olarsa, Paşa Umudov amnistiyaya düşə bilər. Amma buna inamım yoxdur. Sadəcə vaxtı uzatmaq istəyirlər”, deyə o qeyd edib.

Paşa Umudov 2019-cu il oktyabrın 19-da Milli Şuranın keçirdiyi mitinqdən öncə, oktyabrın 16-da həbs edilib. O, Cinayət Məcəlləsinin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narktok vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham olunub.

2020-ci il avqustun 7-də Bakının Nərimanov rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədrliyi ilə Paşa Umudovu 4 il 6 ay həbsə məhkum edib.

2020-ci il oktyabrın 27-də Bakı Apellyasiya Məhkəməsi hakim Elmar Rəhimovun sədrliyi ilə Nərimanov rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Paşa Umudov məhkəmədə özünü təqsirli bilmədiyini deyib və məhkəmənin hökmünü siyasi sifariş adlandırıb.

AXCP bəyan edib ki, Umudov siyasi fəaliyyətinə, o cümlədən Əli Kərimlinin sürücüsü olduğuna görə həbs olunub. -03-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button