2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ali Məhkəmə parlamentin Maduronun istefası qərarını ləğv etdi – YENİLƏNİB

Venesuela Ali Məhkəməsi parlamentin prezident Nikolas Maduro barəsində istefa qərarını qeyri-konstitusion sayıb. Ali Məhkəmə parlamentdə Nikolas Maduronun istefasına dair keçirilən səsvermənin qanunsuz olduğuna dair qərar çıxarıb.

“Ali Məhkəmə bir daha xatırladır ki, qanunverici orqanın ölkə Konstitusiyasının çərçivəsindən kənara çıxan qərarlar qəbul etməyə səlahiyyəti yoxdur”, – deyə Ali Məhkəmənin qərarında deyilir.

****

Saytların yığılması Saytlarin yigilmasi

Venesuela parlamenti ölkə prezidenti Nikolas Maduronun istefasını elan edib.

Publika.az xəbər verir ki, qəbul olunan qətnaməni 106 deputat dəstəkləyib.

Parlament spikeri Xulio Borxesa bildirib ki, deputatlar dövlət başçısının ölkədəki iqtisadi böhranla mübarizədə fəaliyyətsiz olduğunu hesab edirlər.

Lakin Ali Məhkəmənin qətnaməni ləğv edəcəyi gözlənilir. Ali Məhkəmədən bildirilib ki, parlament prezidenti vəzifəsindən göndərmək üçün səlahiyyətlərə malik deyil.

1999-cu ildə qəbul edilmiş Venesuela Konstitusiyası dövlət başçısı barəsində impiçment prosesini nəzərdə tutmur.

Ali Məhkəmə daha əvvəl açıqlayıb ki, müxalifətin əksəriyyətdə olduğu parlament prezidentin impiçmentinə hazırlığı dayandırmalıdır.

Qeyd edək ki, Venesuelada iqtisadi böhran bir neçə ildir davam edir. Böhran ərzaq və gündəlik tələbat mallarının çatışmazlığına gətirib çıxarıb.

2015-ci ilin dekabrında müxalifət parlament seçkilərində qəlbə qazanıb. Parlament həmin vaxtdan Nikolas Maduronun istefası üçün tədbirlər görür. Xüsusi halda, onun istefası haqqında referendumun keçirilməsi üçün imzatoplama kampaniyası başlanmışdı. Lakin məhkəmə bu proseduru dayandırıb. Nikolas Maduronun səlahiyyət müddəti 2019-cu ildə başa çatır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button