2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ali Məhkəmə sədrinin təqdimatı vətəndaşların ümidini heçə endirib

“Dağlar” MTK-nın arxasındakı “dağ ” kimdir?”

“Dağlar” MTK-nın tikdiyi Təbriz küçəsində yerləşən “Konqres” mərkəzi ilə üzbəüz hündürmətəbəli binadan ev alan 30-yaxın vətəndaş illərdir hüquqlarının bərpası üçün mübarizə aparır.

Zərərçəkənlər növbəti dəfə Ali Məhkəmənin qarşısında piket keçirib. Etirazçılar əlllərində “Ramiz müəllim, təqdimatı geri götürün!”, “Dağlar” MTK-nın arxasındakı “dağ ” kimdir?”, Cinayətkalara havadarlığa son qoyun!” şüarları ilə fikirlərini çatdırmaq Ali məhkəmə sədrinə çatdırmaq istəyib. Zərərçəkənlər bildiriblər ki, tikintinti şirkəti tərəfindən aldadılıblar və pulları mənimsənilib. Dələduzluğun qurbanı olan sakinlər bütün məsələlərdən şirkətin təsisçilərinin xəbərdar olamsını qeyd edirlər . Lakin yalnız Samir Əliyev adlı bir nəfər Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə məsuliyyətə zəlb olunub və barəsində 11 il müddətinə azadlıqdan məhrumetmə çəzası təyin edilib. Zərərçəkənlər bildirir ki, şirkətin əsas təsisçisi Çingiz Rzayev kimlərinsə himayədarlığı sayəsində məsuliyyətdən kənar qalıb. Eləcə də, məhkəmə qərarında həmin binadakı qeyri-yaşayış sahəsinin zərərçəkənlərə dəyən ziyanın ödənilməsi göstərilib. Sonradan buna da süni maneələr yaradılıb. Həmin obyekt həddindən artıq yüksək qiymətləndirilib və buna görə də hərracda satılması sual altına düşüb. Buna baxmayaraq zərərçəkənlər onlara dəyən ziyana görə nəsə əldə edəcəklərinə ümidli olublar.

Saytların yığılması Saytlarin yigilmasi

“Dağlar” MTK ilə əlaqədar cinayət işi apellyasiya məhkəməsi mərhələsində də qüvvədə qalıb. Hazırda Ali Məhkəmədə Gülzar Rzayevanın sədrliyi ilə həmin iş üzrə kassasiya şikayətinə baxılır. Keçən prosesdə məlum olub ki, qeyri-yaşayış sahəsinin Sevinc Rzayeva adlı yeni sahibi üzə çıxıb. Şikayətçilər bildirirlər ki, Ali məhkəmənin sədri Ramiz Rzayevin məhkəməyə təqdimatı ilə qeyri-yaşayış sahəsi üzərindən həbsin götürülməsi istənilib. Bu isə zərərçəkənlərin ümidinin heçə enməsi deməkdir. “Onsuz da vaxtı ilə verdiyimiz pul artıq devalvasiya olunaraq xeyli dəyərdən düşüb. Ümid edirdk ki, müəyyən məbləğə sahib olmaqla nəsə əldə edə biləcəyik. Ali məhkəmənin sədri səviyyəsində bu ümidimizin də üstündən xətt çəkilir”, deyə zərərçəkənlər bildirib.

Şikayətçilər qeyri-yaşayış sahəsinin sahibi Sevinc Rzayevanın isə MTK-nın təsisçisi Çingiz Rzayevin həyat yoldaşı olduğunu deyirlər.

Zərərçəkənlər iyunun 20-də saat 12:00-da keçiriləçək məhkəmə prosesinə bütün medianı dəvət edir. Hüququnun bərpa olmasında onlara yardımçı olmağa çağırır.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button