2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Ali Məhkəmə Vəli Əsgərovun həbsdən buraxılmasına qərar verdi

Yayımlandı: 27 Sentyabr 2022 23:41

Keçmiş nazir hələ azadlığa çıxmayıb

Ali Məhkəmə Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun cəzasını azaldıb və həbsdən buraxılmasına qərar verib.

Saytların yığılması Saytlarin yigilmasi

Sentyabrın 27-də Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyilə sabiq nazir haqqında kassasiya şikayətinə baxılıb. Vəli Ələsgərovun vəkili Vüqar Xasayev Ali Məhkəməyə şikayətində müvəkkilinin təqsirsiz olduğunu vurğulayıb və onun haqqındakı cinayət işi üzrə icraata xitam verilməsini istəsə də, Ali Məhkəmə onun cəzasını azaldıb. 2016-cı ildə ona kəsilmiş 14 illik həbs cəzası 6 il 9 ay 20 günə endirilib.

Vəli Ələsgərovun vəkili Vüqar Xasayev bildirib ki, Ali Məhkəmənin təyin etdiyi cəza müddəti sentyabrın 27-də tamam olub. Bu səbəbdən o, Ali Məhkəmənin yeni qərarından çıxarışı da götürüb, birbaşa Naxçıvana – müvəkkilinin saxlandığı qarışıq tipli cəzaçəkmə müəssisəsinə gəlib. Vəkilin sözlərinə görə, Ali Məhkəmənin qərarını təqdim etməsinə baxmayaraq, Vəli Ələsgərovu azadlığa buraxmayıblar:

“Təxminən 3 saata yaxın gözlədəndən sonra mənə bildirildi ki, məsələ sabah (sentyabrın 28-də) həll olunacaq. Əslində isə bu qanunsuzdur. Çünki Ali Məhkəmənin qərarı var və icra olunmalıdır”.

Vüqar Xasayev. Mənbə: “barassociation.az”

Vəli Ələsgərov Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309 (səlahiyyət həddini aşma) və 179-cu (mənimsəmə) maddələrilə ittiham olunurdu. Ali Məhkəmə ona Cinayət Məcəlləsinin 308 və 309-cu maddələrilə verilən ittihamı 341-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsinə tövsif edib. O, rəhbərlik etdiyi quruma ayrılan vəsaiti mənimsəməklə yanaşı, həm də telefon danışıqlarının qanunsuz dinlənməsi, şəxsin döyülməsinə göstəriş vermə kimi əməllərdə ittiham olunurdu.

Lakin sabiq nazir özünü təqsirli bilmirdi.

Vəli Ələsgərov 2015-ci ilin dekabrında nazir vəzifəsindən azad edilib və ardınca cinayət məsuliyyətinə cəlb olunub. Onun adı nazir olduğu dövrdə işgəncə və başqa qanunsuzluqlarda hallanıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button