2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ali Məhkəmə Yalçın İmanovun kassasiya şikayətinə baxacaq

Yalçın İmanovun vəkillik fəaliyyətinin dyandırılması ilə bağlı məhkəmə qərarından verilmiş kassasiya şikayətinə sentyabın 26-da baxılacaq.

Ali Məhkəmədə hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə baxılacaq şikayət Gəncə Apelyasiya Məhkəməsinin qərardadlarından verilib.

“Kassasiya şikayətində vəkillik fəaliyyətimə xitam verilməsi barədə Sumqayıtda baxılması və Vəkillər Kollegiyasının Rəyasət Heyətinə qarşılıqlı iddiasının icraata götürülməsini istəmişəm. Düzdür, məhkəmə əvvəlcə avqustun 29-na təyin edilsə də, sonradan vaxtı dəyişdirildi” – Yalçın İmanov .Meydan TV-yə bildirib.

Vəkillər Kollegiyası Rəyasət Heyəti 2017-ci il noyabrın 20-də Y.İmanovun bu qurumdan xaric olunması ilə bağlı məhkəməyə müraciət etmək haqda qərar qəbul edib. Məhkəmə qərar verənə qədər Y. İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Ardınca vəkil Fəxrəddin Mehdiyevin də fəaliyyəti dayandırılıb.

Vəkillər Kollegiyası aprelin 23-də Baş prokurorun birinci müavini Rüstəm Usubovun şikayəti əsasında Nemət Kərimli və Əsabəli Mustafayevin 1 illik vəkillik fəaliyyətlərini dayandırmaq haqqında qərar qəbul edib.

Vəkillər Kollegiyası Rəyasət Heyəti iyunun 11-də vəkil İradə Cavadovanın kollegiya üzvlüyünə xitam verilməsi haqda məhkəməyə müraciət edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button