2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Ali Məhkəmədə “Gəncə işi” ilə bağlı kassasiya şikayətinə baxılıb

Yanvarın 14-də Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə “Gəncə işi” ilə bağlı həbs olunmuş bir qrup təqsirləndirilən şəxsin – Elvin Nəzərov, Elman Rüstəmov, Elvin Allahverdiyev, Nemət Heydərli, Renat Məmmədov və Vüqar Xuduyevin Gəncə Apellyasiya Məhkəməsinin 30 avqust 2019-cu il tarixli qərarından verilən kassasiya şikayətinə baxılıb. Məhkəmə prosesində vəkil Zibeydə Sadıqova, dövlət ittihamçısı Rizvan Şəmmədov və təqsirləndirilən şəxslərdən ikisi iştirak ediblər. Digərlərinin də məhkəmədə iştiraklarının təmin olunması barədə məhkəməyə müraciət edildiyi bildirilib. Hakim F. Kərimov onların iştirakının təmin olunmasına görə məhkəmənin 18 fevral saat 15:00-a qədər təxirə salınmasını elan edib.
Xatırladaq ki, 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı rəhbəri Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb. Bundan sonra sosial şəbəkələrdə iyulun 10-u üçün Gəncə administrasiyasının qarşısında Elmar Vəliyevin işinə etiraz olaraq aksiya təyin edilib. İyulun 10-da Daxili İşlər Nazirliyi Gəncədə iğtişaşlar barədə məlumat yayıb. Hadisələr zamanı iki yüksək rütbəli polis əməkdaşı öldürülüb. Bunun ardınca kütləvi həbslər baş verib. 60-a yaxın adam cinayət məsuliyyətinə cəlb edilib. Silahlı müqavimət zamanı 6 nəfər öldürülüb. Gəncə hadisələrinə görə həbs olunanların işi bir neçə qrupa bölünüb. Elvin Nəzərov, Elman Rüstəmov, Elvin Allahverdiyev, Nemət Heydərli, Renat Məmmədov və Vüqar Xuduyevdən ibarət altı nəfərlik qrupa 1 mart 2018-ci il tarixdə hökm də oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaşların təşkili və ya iştirak) maddəsilə təqsirli bilinib. Renat Məmmədov 6 il, Elvin Allahverdiyev, Elvin Nəzərov və Vüqar Xuduyev isə 7 il azadlıqdan məhrum edilib. Daha iki nəfərə – Elman Rüstəmov və Nemət Heydərliyə Cinayət Məcəlləsinin 220-ci maddəsindən əlavə 315-ci (polisə müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsilə də ittiham irəli sürülüb, 8 il həbs cəzası kəsilib. Onların heç biri özlərini təqsirli bilmir, ağır işgəncələr altında törətmədikləri əmələ görə etiraf ifadələrinə imza atdıqlarını deyirlər. Daxili İşlər Nazirliyi isə işgəncə iddialarını təkzib edir və bu barədə səslənən şikayətlərin həqiqətə uyğun olmadığını bildirir. Gəncə Apellyasiya Məhkəməsi 30 avqust 2019-cu il tarixdə bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib.

Azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button