2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Ali Məhkəmədə Xədicə İsmayılın şikayətinə baxılıb

Vəkil Fariz Namazlı: «Aşağı instansiya məhkəmələri kimi Ali Məhkəmə də müraciətimizi təmin etmədi»
Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə araşdrımaçı jurnalist, «Azadlıq» radiosunun əməkdaşı Xədicə İsmayılın kassasiya şikayətinə baxılıb. Vəkil Fariz Namazlı Bizimyol.info saytına bildirib ki, kassasiya şikayəti Xədicə İsmayılın təqsirli bilindiyi CM-nin 192.2.2-ci maddəsinə xitam verilməsi ilə bağlı olub.
“2016-cı ildə qanunvericiliyə edilən və iyunun 1-dən qüvvəyə minən dəyişiklikdən sonra CM-nin 192-ci maddəsinin dispozisiyası konkretləşdirilib. Əvvəl həmin maddə ümumilikdə “dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərmək” şəklində göstərilirdi. Dəyişiklikdən sonra konkret göstərilib ki, söhbət vergi uçotuna alınmadan və ya lisenziya almadan göstərilən sahibkarlıq fəaliyyətindən gedir.  Xədicə İsmayıla verilən ittihamda vergi uçotuna alınmama ittihamı verilməyib. İttihamda yazılıb ki, o, Azərbaycan Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmədən xarici mediada (Azadlıq radiosu) çalışıb və 2010-2014-cü illərdə 79 min 480 manat gəlir əldə edib.Biz də həmin ittiham üzrə icraata xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdik. Çünki qanunvericiliyə sözügedən dəyişikliklə əməlin kriminallığı aradan qalxıb. Ancaq aşağı instansiya məhkəmələri kimi Ali Məhkəmə də müraciətimizi təmin etmədi və hökmü qüvvədə saxladı” – deyə vəkil bildirir.
X.İsmayıl 2014-cü il dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə ittiham edilərək həbs olunub. O, jurnalist Tural Mustayevi özünü öldürmə həddinə çatdırmaqda şübhəli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra X.İsmayıla qarşı yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilib. X.İsmayıla Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə bəraət verilsə də, o, digər maddələr üzrə 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ali Məhkəmə kassasiya şikayəti verən X.İsmayılın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Xədicə İsmayıla ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib. Məhkəmə onun barəsində seçilmiş cəza müddətini 3 il 6 aydan 2 il 3 aya qədər azaldıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button