2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ali məktəblərə və kolleclərə 85497 nəfər sənəd verib

Ali təhsil müəssisələrinin I-V ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb.
Lent.az-ın məlumatına görə, martın 16-dan başlayan sənəd qəbulu dünən saat 23:59-dək davam edib.
69969 abituriyent (63343-ü Azərbaycan, 6626-sı Rus bölməsinin məzunu) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin ixtisaslarını seçərək qeydiyyatdan keçib. Onlardan 27490 nəfər (24981-i Azərbaycan, 2509-u Rus bölməsinin məzunu) I, 19641 nəfər (17426-sı Azərbaycan, 2215-i Rus) II, 17916 nəfər (16578-i Azərbaycan, 1338-i Rus) III, 4922 nəfər (4358-i Azərbaycan, 564-ü Rus) IV ixtisas qrupları üzrə sənəd verib.
Qeydiyyatdan keçən abituriyentlərdən 65652 nəfər (59425-i Azərbaycan, 6227-si Rus bölməsinin məzunu) qəbul imtahanının I mərhələsində (yaz imtahanında) iştirak edəcək.
Bundan başqa, 34153 abituriyent V ixtisas qrupuna, 36076 nəfər isə tam orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verib.
Ümumilikdə ali məktəblərə və kolleclərə 85497 nəfər sənəd verib.
Xatırladaq ki, II və III ixtisas qrupları üzrə ilk qəbul imtahanı aprelin 30-da, I və IV ixtisas qrupları üzrə isə mayın 7-də keçiriləcək.
Bu imtahanlarda “Abituriyentin elektron ərizəsi” formasını təsdiq edən və orada yazda keçiriləcək imtahanda iştirak etmək istədiyini qeyd edən abituriyentlər iştirak edə bilərlər. Abituriyentlər imtahanların keçirilməsinə 5 gün qalmış DİM-in rəsmi saytından “Abituriyentin imtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button