Loading...
Loading...
Texnologiya

Alimlər elmə məlum olmayan kosmik obyekt tərəfindən buraxılan radiosiqnallar təyin ediblər

    Alimlər elmə məlum olan ulduzlardan heç birinə oxşamayan yeni neytron ulduz aşkar ediblər. Avstraliyalı alimlər Süd Yolu qalaktikasının Vela-X1 adlı sahəsini müşahidə ediblər. Sözügedən sahə Yer kürəsindən 1300 işıq ili məsafəsində yerləşir. Müşahidə zamanı alimlər cəmi 300 millisaniyə davam etmiş radiosiqnalı qeydiyyata alıblar. Bütün əlamətlər neytron ulduzuna işarə edirlər. Lakin məsələ burasındadır ki, həmin neytron ulduz elmə məlum olan kosmik obyektlərdən heç birinə bənzəmir.

    “Biz, radiosiqnalı Cənubi Afrikada yerləşən MeerKat adlı teleskop vasitəsilə təyin etdik. Mən və həmkarlarım müəyyən analizlər aparandan sonra aşkar etdik ki, həmin siqnallar hər 76 saniyədən bir təkrarlanırlar. Bu, çox təəccübləndirici vəziyyət idi. Belə ki, neytron ulduzların əksəriyyətindən gələn siqnallar bir neçə saniyə və ya millisaniyə ərzində təkrarlanırlar” – deyə Sidney Universitetinin mütəxəssisi Manisha Caleb qeyd edib. Alimlər aşkar edilmiş bu yeni obyektə PSR J0941-4046 adını veriblər və belə bir nəticəyə gəliblər ki, bu neytron ulduz həm pulsarın həm də maqnetarın bəzi özəlliklərini özündə birləşdirir.

– Pulsar çox sıx neytron ulduzdur və o, artıq sönmüş nəhəng ulduzun təkamülünün son məhsuludur

– Maqnetar isə çox güclü maqnit sahəsinə sahib neytron ulduzdur və maqnetarlardan yalnız bəziləri radiosiqnallar buraxırlar edirlər.

    “Biz hesab edirik ki, PSR J0941-4046 adlı obyekt radiosiqnallar ifraz edən tamamilə yeni növ ulduzdur. Bununla yanaşı aşkar edilmiş bu ulduz digər pulsarlarla müqayisədə daha ləng fırlanır. Bu ulduz radiosiqnalları digərlərindən fərqli olaraq daha tez-tez buraxır edir” – deyə  Manisha Caleb bildirib. Aşkar edilmş bu yeni obyekt ilə bağlı olan daha bir maraqlı fakt ondan ibarətdir ki, o, kosmosun elə bir yerində aşkar edilib ki, alimlər həmin yerdə ümumiyyətlə radio şüalanmaların təyin ediləcəyini gözləmirdirlər. Güman olunurdu ki, Süd Yolu qalaktikasının həmin sahəsində mövcud olan neytron ulduzlar öz həyat dövrlərini artıq sonlandırırlar. Buna görə də həmin ulduzların ümumiyyətlə aktiv olmadıqları və ya daha az aktiv olduqları güman edilirdi.

    “PSR J0941-4046 obyekti bizim, neytron ulduzların yaranmaları və inkişafları barəsində təsəvvürlərimizi dəyişir. Bu ulduz ilə bağlı olan maraqlı fakt ondan ibarətdir ki, o, 7 müxtəif radiosiqnal buraxır. Məlum olan digər neytron ulduzlar isə bu cür özəlliyə sahib deyillər. Ulduzun bu cür müxtəlifliydə və mütəmadi şəkildə radiosiqnallar buraxması çox güman ki, bu ulduzun elmə hələ məlum olmayan şüalanma mexanizmi ilə bağlıdır” – deyə Manisha Caleb qeyd edib.

Gözdən qaçırmayın:  Telefonu soyuducuya qoymaq olarmı?

    Alimlər aşkar ediblər ki, sözügedən ulduz tərəfindən buraxılan siqnallardan bəziləri mənşəyləri bilinməyən qısa radiosiqnallara bənzəyir. Əgər alimlər bunun həqiqətən də belə olduğunu sübut etsələr, bu neytron ulduz çox güman ki, yeni növ maqnetar kimi qəbul ediləcək. Bəzi fikirlərə əasən bu cür ulduzlar mənşəyləri bilinməyən qısa radiosiqnalların mənbələri ola bilərlər. “Biz, PSR J0941-4046 obyektinin öz aktivliyini radio diapazonda artıq nə qədər müddət sərgilədiyini bilmirik. Bundan əlavə olaraq biz, qalaktikada bu cür obyektlərin hansı sayda olduqlarını da bilmirik” – deyə Manisha Caleb əlavə edib. Alimlər düşünürlər ki, bu cür ulduzların aşkar edilməsinin qəlizlik səviyyəsini nəzərə almaqla, qalaktikada onların sayı daha çox ola bilər.

24 saat” “Alimlər elmə məlum olmayan kosmik obyekt tərəfindən buraxılan radiosiqnallar təyin ediblər” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button