Loading...
Loading...
Texnologiya

Alimlər İİV-dən sağalmış ilk qadın pasient haqqında məlumat veriblər

    Amerikalı qadın pasient tarixdə İİV-dən xilas olmuş ilk qadın olub. Jurnalistlərin verdikləri məlumata əsasən “Nyu Yorkdan olan pasient” ləqəbli xəstə qadın kök hüceyrələri əsasında olan nadir və təhlükəli müalicə üsulu sayəsində insanın immunçatışmazlığı virusuna (İİV) qalib gəlib. Beləliklə həmin qadın tarixdə İİV-dən xilas olmuş 4-cü şəxs olub. Sözügedən virusdan tamamil sağalmış əvvəlki pasientlər isə kişilər olublar. Məlumatda qeyd edilib ki, qadın pasient onkoliji xəstəlikdən əziyyət çəkib və eyni anda iki xəstəliyin müalicəsinə hədəflənmiş müalicə prosesindən keçib. Müalicə prosesi o dərəcədə riskli idi ki, o hətta xərçəngin son mərhələlərinin diaqnozu qoyulmuş xəstələr üçün də qeyri-etik hesab edilir. Bu cür müalicəni reallaşdırmaq üçün həkimlər ilk ncə İİV-ə qarşı dözümlü olan nadir mutasiyalı donor tapmalıdırlar.

    Məlumata əsasən bu cür mutasiya donorların yalnız 1%-də mövcud olur. Bu cür donor tapılandan sonra həkimlər onun göbək bağının haplodient transplantasiyasını reallaşdırırlar. Bu transplantasiya zamanı donorun göbək bağı qanından sümük iliyindən istifadə edilir. Bu üsul qan əsaslı xərçəng xəstəlikləri ilə mübarizə aparmağa imkan verir. Bu halda donorun toxumaları orqanizmi kök hüceyrələri ilə təmin edirlər. Göbək bağı qanı adətən həm böyüklər həm də uşaqlar üçün böyük effektivlik sərgilmədiyi üçün onun effektivliyinin yüksəldilməsi yolunda sümük iliyindən istifadə edilir.

    İİV-dən xilas olmuş qadın pasientə 2013-cü ildə İİV diaqnozu, 2017-ci ildə isə leykemiya diaqnozu qoyulmuşdu. Nəticədə 4 illik müalicə kursundan sonra onun xərçəng xəstəliyi tədricən aradan qalxmağa başladı. Keçən il isə İİV-dən müalicə prosesi yekunlaşmışdı. Bununla belə müalicə prosesindən sonra “Nyu Yorkdan olan pasientin” orqanizmində İİV-in izləri aşkar edilməyib. Alimlər qadından hüceyrə nümunələri götürüb onları laboratoriya şəraitində yoluxdurmağa çalışıblar. Lakin təcrübə nəticəsində hüceyrələr virusa yoluxmayıblar. Əgər növbəti illərdə pasientin orqanizmində İİV izləri aşkar edilməsə, mütəxəssislər həmin qadının tamamilə sağaldığını təsdiqləyə biləcəklər.

24 saat” “Alimlər İİV-dən sağalmış ilk qadın pasient haqqında məlumat veriblər” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  "Iphone"un qiyməti bir gecədə 700 manat bahalaşdı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button