2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Alimlər ölüm ayağında olmuş şəxsin beyin aktivliyini ilk dəfə müşahidə ediblər

    Alimlərin aparmış olduqları yeni tədqiqat onu göstərib ki, ölüm zamanı insanın gözləri qarşısından həqiqətən də onun bütün həyatı keçmiş ola bilər. Aparılmış tədqiqat çərçivəsində mütəxəssislər epilepsiyadan əziyyət çəkmiş 87 yaşlı kişinin beyin aktivliyini elektroensefaloqrafiya vasitəsilə müşahidə ediblər. Lakin pasientdə ürək tutması baş verib və tədqiqat zamanı o, həyatını itirib. Bu hal isə alimlərə unikal imkan verib. Belə ki, onlar ölüm zamanı insan beyninin 15 dəqiqəlik aktivliyini müşahidə edə biliblər. Nəticədə alimlər təyin ediblər ki, ürəyin dayanmasından sonra pasientin bütün beyin aktivliyi səviyyəsi aşağı düşsə də, beyin dalğaları özlərini daha aktiv şəkildə göstəriblər. Bu cür dalğalar qamma ritmlərdir.

Saytların yığılması Saytlarin yigilmasi

    Bu cür beyin aktivliyi insanın yuxu gördüyü və ya meditasiya ilə məşğul olduğu zaman beynində olan aktivliyə bənzəyir. Beləliklə alimlər güman edirlər ki, ölüm ayağında olan şəxs öz həyatının müəyyən fraqmentlərini görə bilər. Qeyd etmək lazımdır ki, bu cür müşahidə yalnız bir insan üzərində aparılıb. Bundan əlavə olaraq ölüm ayağında olan zaman 87 yaşlı həmin pasientdə qıcolmalar və beyin hüceyrələri arasında maye yığılması müşahidə olunub. Bu cür faktorlar da ümumi müşahidə nəticələrinə təsir göstərmiş ola bilərlər. Ölüm ayağında olmuş siçanların beyin aktivlikləri üzrə aparılmış əvvəlki tədqiqatlar da bu cür qamma ritmlər sərgiləyiblər. Bu isə sözügedən vəziyyətin bir çox canlı növlər üçün təbii vəziyyət olduğuna işarə edir.

24 saat” “Alimlər ölüm ayağında olmuş şəxsin beyin aktivliyini ilk dəfə müşahidə ediblər” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button