2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Alimlər plastik materialı bir neçə günə parçalayan yeni ferment yaradıblar

    Texas Universitetinin alimləri plastik materialı bir neçə gün ərzində parçalama imkanını verən yeni ferment yaradıblar. Parçalanma nəticəsində əldə edilmiş maddəni daha sonra təmiz plastikin istehsalında istifadə etmək mümkündür. Yaradılmış zülal polietilentereftalatın inşa bloklarını parçalaya bilir. Qeyd etmək lazımdır ki, dünyadakı tullantıların 12%-ni təşkil edən materialların tərkibləri məhz polietilentereftalatdan ibarətdir. Yeni ferment polietilentereftalatın tərkib hissəsini təşkil edən inşa bloklarını ilkin monomerlərə ayırır. Daha sonra həmin monomerləri təkrar polimerləşmə prosesindən keçirdərək plastik materiala çevirmək olar. Əldə edilmiş plastik materialdan isə müxtəlif məhsullar hazırlamaq olar.

Saytların yığılması Saytlarin yigilmasi

    “Bizim, plastik ilə edə biləcəyimiz tək şey onu ilkin monomerlərə ayırmaqdır. Bizim fermentimiz məhz bunu edir. İlkin monomerlərin istifadəsi ilə isə biz faktiki olaraq sıfırdan plastik material əldə edirik. Sadəcə olaraq bu məsələdə bizim əsas üstünlüyümüz ondan ibarətdir ki, sözügedən proses çərçivəsində plastik materialın əldə olunması zamanı əlavə neft resurslarından istifadə etməyə ehtiyac qalmır” – deyə mütəxəssislər qeyd ediblər. Beləliklə mütəxəssislərin yaratmış olduqları bu yeni ferment plastik materialları parçalamaqla məşğul olan fermentlər siyahısına daxil edilib. Qeyd etmək lazımdır ki, bu cür fermentlər ilk dəfə olaraq 2005-ci ildə qeydiyyata alınmışdı.

    Hal hazırda sözügedın siyahıya 19 ədəd bu cür ferment daxildir və onlar əsasən təbiətdə rast gəlinən bakteriyalar əsasında əldə olunublar. Alimlər qeyd ediblər ki, bu fermentlərin çoxu öz konkret mühitlərində çox yaxşı funksionallığa sahib olsalar da, müəyyən temperatur və turşuluq göstəricisi ilə məhdudlaşırlar və onları tullantıların emal mərkəzləri kimi müxtəlif şəraitlərdə istifadə etmək mümkün deyil. Texas Universitetinin mütəxəssisləri tərəfindən yaradılmış ferment isə müxtəlif temperatur və turşuluq göstəricisi şəraitində 51 növ polietilentereftalatı parçalaya bilir. Mütəxəssislər yeni fermentə FAST-PETase adını veriblər. Mütəxəssislər ümid edirlər ki, digər fermentlərdən fərqli olaraq FAST-PETase adlı yeni fermentin miqyasını daha asan şəkildə böyütmək mümkün olacaq. Növbəti mərhələdə sözügedən fermentin plastik tullantılar üzərində test edilməsi planlaşdırılır.

24 saat” “Alimlər plastik materialı bir neçə günə parçalayan yeni ferment yaradıblar” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button