2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Alimlər plastiki 16 saata parçalayan yeni ferment kəşf ediblər

    Almaniyada yerləşən Leypsiq Universitetinin alimləri aşkar ediblər ki, PHL7 adlı ferment polietilentereftalatı (termoplastik material) yüksək sürətlə parçalaya bilir. Sözügedən ferment LLC adlı digər ferment ilə müqayisədə plastiki 2 dəfə daha tez parçalayır. LLC fermenti 2016-cı ildə Yapniyada aşkar edilmişdi. Sözügedən ferment də polietilentereftalat materialı yüksək effektivliklə parçalaya bilir. Həmin vaxtdan LLC fermenti plastik tullantıları ən yaxşı emal edən ferment hesab edilir. Alimlər müəyyən müddətdən sonra onun daha yüksək effektivliyə sahib təkmilləşdirilmiş süni versiyasını da yaratmışdılar. Lakin bütün bunlara baxmayaraq LLC fermenti PHL7 adlı yeni fermentin bacarıqlarının kölgəsində qalır. Leypsiq Universitetinin alimləri aşkar ediblər ki, sözügedən ferment polietilentereftalat plastikinin 90%-ni 16 saata parçalaya bilir. Bu isə həqiqətən də emal sürəti üzrə göstəricilər arasında bir rekorddur.

Saytların yığılması Saytlarin yigilmasi

    “Aparılmış tədqiqatlara əsasən bu ferment hal hazırda polietilentereftalat qablaşdırmalarının parçalanmaları prosesi üçün ən effektiv üsuldur. Bundan əlavə olaraq həmin fermenti plastik tullantıların emal edilməsində istifadə etmək olar. Emal edilmiş materiallar əsasında isə yeni plastik materialların hazırlanması mümkündür” – deyə universitet mütəxəssislərindən biri qeyd edib. Alimlərin sözlərinə əsasən PHL7 fermentinin plastiki bu cür yüksək sürətlə parçalamasının əsas səbəbi ondan ibarətdir ki, o öz DNT-nin strukturunda müəyyən özəlliklərə sahibdir. Sözügedən ferment plastiki sürətlə parçalamaqla yanaşı laboratoriya şəraitində özünün təkmilləşdirilməsi üçün kənar müdaxiləyə ehtiyac duymur.

    Lakin burda bir nüans var. LLC kimi PHL7 də polietilentereftalat butulkaların istehsalında istifadə edilən plastik materialların parçalanmasının öhdəsindən çox pis gəlir. Lakin digər polietilentereftalatların parçalanmasında bir problem yaşanmır. Mütəxəssislərin sözlərinə əsasən PHL7 fermenti vasitəsilə emal edilmiş plastik nəticəsində əldə olunan yan məhsullar vasitəsilə yeni plastik qablaşdırmalar istehsal etmək mümkündür. Bu çox vacib məsələdir. Belə ki, hal hazırda plastik tullantıların yalnız kiçik faiz göstəricisi yeni plastik məhsulların istehsalı məqsədilə təkrar emal edilir. Bununla belə sözügedən proses yüksək enerji sərfiyyatını tələb edir və buna görə də onun reallaşdırılması maliyyə baxımından heç də sərf etmir. Alimlərin sözlərinə əsasən polietilentereftalat plastikinin fermentlər vasitəsilə emal edilməsi ümumilikdə emal prosesini ucuzlaşdırmaqla yanaşı bizləri bu cür tullantılardan da azad edəcək. 

24 saat” “Alimlər plastiki 16 saata parçalayan yeni ferment kəşf ediblər” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button