Loading...
Loading...
Texnologiya

Alimlər Yupiterin nəhəng ölçüsünün səbəbini təyin ediblər

    NASA-nın Juno adlı kosmik aparatı sonunda Yupiter planetinin bulud örtüyünün daxilinə nəzər yetirməyi bacarıb. Günəş sisteminin ən böyük planetinin nüvəsinin kimyəvi tərkibi barəsində əldə edilmiş məlumatlar bu planetin öz nəhəng ölçüsünə çatması üçün “kannibalizm”-dən istifadə etdiyini təsdiqləyiblər. Alimlər uzun illərdir ki, Yupiterin bu cür nəhəng ölçüyə sahib olma səbəbini araşdırırlar. Belə bir nəzəriyyə irəli sürülmüşdü ki, Yupiterin bu cür nəhəng ölçüsünün səbəbi kiçik ölçülü milyardlarla kosmik daş obyektləridir. Belə ki, həmin kosmik obyektlər nəhəng planetin çox güclü qravitasiyası vasitəsilə onun bir hissəsinə çevrilmiş ola bilərlər. Lakin Juno kosmik aparatı tərəfindən əldə edilmiş məlumatlar daha qorxunc olan digər nəzəriyyəni irəli sürüblər.

    Təqdim edilmiş yeni nəzəriyyəyə əsasən Yupiter öz nəhəng ölçüsünü əldə etmək üçün çoxlu planetesimal (bir neçə kilometr ölçüdə olan böyük daş cismləri) udub. Həmin udulmuş daş cismləri isə Yer kürəsi Mars kimi planetlərin potensial nüvələri ola bilərdilər. Təqdim edilmiş bu yeni nəzəriyyəyə həmçinin Yupiterin nüvəsində olan ağır elementlərin yüksək miqdarları da işarə edirlər. Yupiter Günəş sistemnin ən böyük planeti olmasına baxmayaraq, alimlər indiyənə kimi onun daxili strukturu barəsində çox məhdud sayda məlumatlara sahib idilər. Belə ki, teleskoplar sözügedən planetin atmosferinin yuxarı laylarının minlərlə fotolarını çəksələr də onun daxili hissəsini müşahidə etmək mümkün olmurdu. Belə ki, atmosferin yuxarı laylarında baş verən çox güclü burulğanlar onun daxilinə nəzər yetirməyə imkan vermirdilər. Lakin Juno adlı kosmik aparat sonunda bunu bacara bilib.

24 saat” “Alimlər Yupiterin nəhəng ölçüsünün səbəbini təyin ediblər” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Aylıq ödənişli Telegram premium istifadəyə verilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button