2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Alimlər Günəş sistemindən kənarda artıq 5000-dən çox ekzoplanet aşkar ediblər

    1988-ci ildə astronomlar PSR 1257+12 adlı pulsarın yanında ilk ekzoplaneti aşkar etmişdilər. Sözügedən ekzoplanet Günəş sistemindən kənarda aşkar edilmiş ilk ekzoplanet idi. Aşkar edildiyi müddətdən 4 il sonra həmin ekzoplanetin həqiqətən də mövcud olduğu təsdiqlənmişdi. İndi isə alimlər uzaq ulduz sistemlərində yerləşən digər planetlərin axtarışı ilə məşğul olurlar. Bir neçə gün bundan öncə NASA-nın ekzoplanetlər arxivinə 5000-ci ekzoplanet daxil edilmişdi. Aşkar edilmiş ekzoplanetlərin ümumi sayları isə 5005 ədəd təşkil edir. NASA-nın verdiyi məlumata əsasən aşkar edilmiş hər bir ekzoplanet özünün unikal özəlliklərinə sahibidr. “Bu sadəcə bir ədəd deyil. Onlardan hər biri yeni dünya və yeni planetdir. Mən onların hər birindən şadam. Lakin biz onlar barəsində faktiki olaraq heçnə bilmirik” – deyə NASA mütəxəssisi qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

    Alexander Wolszczan Dale Frail adlı astronomlar tərəfindən Günəş sistemindən kənarda aşkar edilmiş ilk 2 ekzoplanetdən birinin kütləsi Yer kürəsinin kütləsindən 4.3 dəfə, digərinin kütləsi isə 3.9 dəfə daha böyük olub. Yer kürəsinin kütləsi ilə yeni kütlədə olan üçüncü ekzoplanet 1994-cü ildə aşkar edilib. Nəticədə aşkar edilmiş ilk ekzoplanetlər Poltergeyst, Fobetor Drauqr adlarını əldə ediblər. Artıq həmin illərdə alimlər başa düşmüşdülər ki, bizim qalaktikamız bu cür planetlər ilə zəngindir. Daha sonra alimlər ekzoplanetlərin axtarışı üzrə yeni üsuldan istifadə etməyə başladılar. Söhbət, tranzit üsulundan gedir.

    Sözügedən üsulun məğzi ondan ibarətdir ki, hər hansı ekzoplanet öz ulduzunun qarşısından keçən zaman həmin ulduzun cüzi qaralması müşahidə edilir. Məhz həmin cüzi qaralma sayəsində alimlər ekzoplanetin özünü təyin edə bilirlər. Ekzoplanetlərin axtarışı sahəsinə Kepler teleskopu böyük töhfə vermişdi. 2009-cu ildə istifadəyə verilmiş bu teleskop sayəsində alimlər 3000-dən çox ekzoplanet aşkar ediblər. Alimlər aşkar edilmiş ekzoplanetlərdən hansındasa həyat növünün mövcud olması ilə bağlı tutarlı sübut əldə edə bilməyiblər. Lakin bu sahədə də işlər davam edir. Bir neçə müddət bundan öncə kosmosa göndərilmiş James Webb teleskopu potensial olaraq bu məsələyə də aydınlıq gətirə bilər. 

24 saat” “Alimlər Günəş sistemindən kənarda artıq 5000-dən çox ekzoplanet aşkar ediblər” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button