2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Alimlər hətta gecə vaxtı da enerji istehsal edə bilən Günəş panelləri yaradıblar

    Gündüz vaxtı Yer kürəsinə düşən Günəş enerjisi gecə radiasiya şüalanması şəklində kosmosa geri qayıdır. Bu proses zamanı obyektlər və Yer kürəsinin səthi ətraf havadan daha tez soyuyur. Alimlər isə bu prosesdən istifadə etmək qərarına gəliblər. Belə ki, Günəş panellərinə inteqrasiya edilmiş termoelektrik generatoru bir neçə dərəcə temperatur fərqi hesabına işə salmaq mümkün olub. Bu isə öz növbəsində Günəş panelləri vasitəsilə hətta gecə vaxtı da enerji istehsal etməyə imkan verir. Mütəxəssislər artıq uzun zamandır ki, hətta gecə vaxtlarında da Günəş elektrostansiyaları vasitəsilə enerji əldə etməyin effektiv üsullarını yaratmağa çalışırlar.

Saytların yığılması Saytlarin yigilmasi

    İndiyənə kimi bu istiqamətdə təklif edilmiş üsullar aşağı effektivliklərinə görə diqqəti cəlb etməyiblər. Lakin Stenford Universitetinin mühəndisi Sid Assawaworrarit termoelektrik generatoru özündə birləşdirən unikal Günəş paneli konstruksiyasını yarada bilib və həmin panel daha öncə təklif edilmiş üsullardan 10 dəfə daha effektiv olub. Təkmilləşdirilmiş Günəş panelləri üzərində aparılmış təcrübələr onu göstəriblər ki, gecə vaxtı buludsuz səma şəraitində Günəş panelinin hər bir kvadrat metri 50 meqavatt enerji generasiya edə bilir.

    Günəş panelinin optimizasiyası və digər yaxşılaşdırılmalar nəticəsində panellərin hər bir kvadrat santimetri vasitəsilə 1-2 vatt enerji generasiya etmək olar. Bu isə öz növbəsində bəzi cihazları elektrik enerjisi ilə təmin etmək üçün kifayət edir. Qeyd etmək lazımdır ki, gündüz vaxtı Günəş panellərinin hər bir kavdrat metri 150 vatt enerji generasiya edir. Gecə vaxtı generasiya olunan enerji miqdarı yaxın gələcəkdə çətin ki, gündüz vaxtı generasiya edilən enerji miqdarı səviyyəsində olsun. Lakin gecə vaxtdı Günəş panellərinin hər kvadrat metrindən əldə edilən 1 vatt enerji miqdarı da artıq böyük uğurdur.

24 saat” “Alimlər hətta gecə vaxtı da enerji istehsal edə bilən Günəş panelləri yaradıblar” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button