2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Alimlər qara dəliyin necə səsləndiyini sərgiləyiblər (VİDEO)

    Alimlər 2003-cü ildən Persey bürcündəki qalaktikalar qruplaşmasının mərkəzində yerləşən qara dəliyi müşahidə edirlər. Sözügedən qara dəliyin belə böyük maraq göstərməsinin səbəbi ondadır ki, o, təzyiq dalğaları ifraz edir və daha sonra həmin təzyiq dalğalarını adi səslərə çevirmək olar. Bir neçə müddət bundan öncə NASA-dan olan alimlər bu cür üsuldan istifadə edərək qara dəliyin necə səsləndiyini sərgiləyiblər. Qara dəlik tərəfindən ifraz edilən dalğalar elə bir nota çevrilir ki, həmin not birinci oktavalı “do” notundan təqribi olaraq 57 oktava aşağıdır. İnsan qulağı isə həmin notu aydın şəkildə eşidə bilir. Buna görə də əldə edilmiş notlar sonifikasiya prosesi (astronomik məlumatların səslərə çevrilməsi üsulu) çərçivəsində gücləndiriliblər və bunun hesabına qara dəliyin necə səsləndiyinə qulaq asmaq olar.

Saytların yığılması Saytlarin yigilmasi

    Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, yeni sonifikasiya üsulu əvvəlki analoqlardan fərqlənir. Belə ki, bu dəfə alimlər NASA-nın Chandra adlı rentgen rəsədxanası vasitəsilə əldə edilmiş real səs dalğalarından istifadə ediblər. Kosmosda səsin mövcud olmaması üzrə yayılmış məşhur fakt ona əsaslanır ki, kosmosun böyük hissəsi vakuum şəraitindədir. Vakuum şəraiti isə səs dalğalarının yayılması üçün ideal bir şərait deyil. Bununla belə qalaktikalardan ibarət qruplaşmalarda böyük miqdarda qaz mövcudur. Həmin qaz öz növbəsində yüzlərlə və hətta minlərlə qalaktikanı əhatə edir. Bu əhatə hesabına isə səs dalğalarının yayılması üçün nəzərdə tutulmuş ideal şərait yaranır.

24 saat” “Alimlər qara dəliyin necə səsləndiyini sərgiləyiblər (VİDEO)” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button